1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:08.11.2018 15:30:06

Nazir qeyd edib ki, orta məktəblərdə gündəlik ərzaq xərclərinə ayrılan vəsaitin həcminin artırılması nəzərdə tutulub.

Məktəblərdə gündəlik ərzaq xərclərinə ayrılan vəsaitin artırılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.

S.Şərifov bildirib ki, cari ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması qərarı verilib: "Bu qərarın maliyyə təminatının növbəti ildə də yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur. Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb. Eyni zamanda pensiya təminatı sahəsində, əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manat ayrılması nəzərdə tutulub”.

Nazir qeyd edib ki, orta məktəblərdə gündəlik ərzaq xərclərinə ayrılan vəsaitin həcminin artırılması nəzərdə tutulub: “Səhiyyə sahəsinə ayrılan xərclər də ciddi şəkildə artıb. Bu, daha çox tibbi sığorta ilə bağlıdır”.


Məktəblərdə gündəlik ərzaq xərclərinə ayrılan vəsaitin artırılması nəzərdə tutulur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayasofyada ibadətlər 24 iyulda başlayacaq
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
     11.07.2020
    Çox dilli Shafaqna agentliyinin Azərbaycan dilində saytı fəaliyyətə başladı
    "Çox dilli Shafaqna.com agentliyinin azərbaycanca bölməsi fəaliyyətə başlayıb."
     11.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ