EURO 1,919 NEFT 65,66
USD 1,7 RUB 0,025
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:12.07.2018 15:44:04

Şikayətçinin sözlərinə görə, evlərinin sökülməsinin dayandırılması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə etdikləri müraciət qəbul edilməyib.

Məktəblə evimiz arasında 8 metrlik yol üçün məsafə olmalıdır deyirlər. Mən təklif etdim ki, heç olmasa 6 metr edin, 8 metr olsa, mənim təkcə həyətim deyil, sənədli evimin mətbəxi, evimin bir hissəsi də söküləcək. Bu təklifimi nəzərə alacaqlarını bildirmişdilər. Ancaq icra başçısı xahişimizi rədd edib. Evimin bütün sənədləri olsa da, heç bir kompensasiya ödəmədən sökəcəklərini deyirlər.

Bu sözləri Axar.az-a Sabunçu rayonu Maştağa qəsəbəsində əsaslı təmirə dayanan 187 nömrəli məktəbin təmirinə görə evləri plana düşən, hasarları onlara heç bir xəbərdarlıq edilmədən sökülən sakinlərdən biri bildirib.

Şikayətçinin sözlərinə görə, evlərinin sökülməsinin dayandırılması ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə etdikləri müraciət qəbul edilməyib.

Şikayətçi bildirib ki, vəziyyətlə yerində tanış olmaq üçün Sabunçu RİH başçısı Adil Vəliyev də ərazidə olub, sakinlərlə görüşüb.

Şikayətçinin sözlərinə görə, məktəbdə işlər dayanmadan və fasiləsiz olaraq aparılır. Sakinlərin hasarlarının, evlərinin bir hissəsinin söküntüsünə də yaxın günlərdə başlayacaqlar. Bu səbəbdən sakinlər narahatdır və problemlərinin tezliklə həll edilməsi üçün icra başçısının qəbuluna gedəcəklərini bildiriblər:

“Hazırda məktəblə mənim evim arasında 3 metr məsafə var. İstənilən avtomobil asan şəkildə keçə bilir. Lakin deyirlər yol 8 metr genişləndirilməlidir. Mən əvvəldən də bildirdim ki, bu təqdirdə mənim evimin yarısı da sökülməlidir. Yaxşı, mənim sənədli evimin yarısını sökürsünüz, bəs buna görə mənim kompensasiyamı niyə ödəmirsiniz? Mən əziyyət çəkib sənədli-sübutlu ev tikmişəm, təmir etmişəm”.

Şikayətçi bildirib ki, evlərinin söküntüsü zamanı onların əllərində olan sənədlərə də baxmırlar, evlərin kupçalı olmasına da məhəl qoyan yoxdur:

“Mənim evimin kupçası var. Məndən almaq istədikləri 6 metrlik sahənin mənə aid olduğunu sübut edən sənədləri də təqdim etmişəm. Ancaq icradan bildiriblər ki, o sənədləri qoyun kənara, saxtadır”.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə nümayəndəliyindən bildirilib ki, heç bir iş sənədsiz aparılmır və qanunsuz olaraq kiminsə çəpəri sökülə bilməz.

İcra nümayəndəsinin sözlərinə görə, həmin ərazidə qanunsuz tikililər var, onlar məktəbin ərazisi hesab edilir. Ona görə də təmir zamanı qanunsuz zəbt edən şəxslərin evləri sökülərək, məktəbin həyətinə qatılacaq.


Məktəb təmiri: sənədli evlər sökülür, əvəzi isə verilmir - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Samuxda elektrik yarımstansiyasında partlayış - Yaralılar var
    Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.
     14.11.2018
    Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi
    Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev daha bir vəzifəsindən istefa verib.
     14.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ