EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:15.09.2017 17:34:28

"Əgər həqiqətən İmam Əlinin (ə.s) həyat tərzindən xəbərdar olmaq istəyiriksə "Nəhcül-Bəlağə"ni həyatımızın mərkəzinə almalıyıq. Onu çox yaxşı oxuyub dərk etməliyik, başa düşülməsi üçün lazım gələn səyi sərf etməliyik."

Qum elmi hövzəsinin məşhur ustadlarından müctəhid, böyük mərce-təqlid Ayətullah əl-üzma Nasir Məkarim Şirazi Nəhcül-Bəlağə kitabının İslam cəmiyyətində layiq olduğu dəyəri görmədiyinə diqqət çəkib və belə deyib: "İmam Əliyə (ə.s) tabe olmağın ən gözəl yolu onun həyat fəlsəfəsini ehtiva edən bu dəyərli kitabı elm hövzəsində və universitetdə bir dərs kitabı olaraq oxutmaqdır."

İslamazeri.com ərəb mediasına istinadən xəbər verir ki, Məkarim Şirazi sözlərini belə davam etdirib: "Əmirəlmöminin İmam Əli (ə.s) çoxtərəfli xarakterə malik böyük bir şəxsiyyətdir. Onun elmi və əməli cəhətlərini tanımaq üçün "Nəhcül-Bəlağə" yaxşıca mütaliə edilməlidir. Məsələn, 27-ci xütbəyə baxanda onu, həqiqətən də hərbi sahədə nüfuzlu sayılacaq səviyyədə bütün müharibə üsullarından xəbərdar olan böyük bir sərkərdə kimi görərsiniz. 90-cı xütbəsində onu ən incə fəlsəfi və irfani məsələlərə vaqif böyük bir ürfan və fəlsəfə ustadı olaraq görəcəksiniz. Belə ki, sanki bütün ömrünü irfan və fəlsəfəyə vermişdir... 192-ci xütbə onu cəmiyyəti cahiliyyə təəssüblərindən xilas etmək üçün ciddi-cəhdlə çalışan, onlara düzgün həyat tərzini təqdim edərək cəmiyyəti lüks həyat və bədxərclikdən qurtarmağın mübarizəsini verən və onlara bölüşməyi öyrədən şəfqətli bir ata görərsiniz...

193-cü xütbədə təqva əhlinə aid 110 xüsusiyyətdən bəhs edir və özünə xas bəyan tərzi ilə qəlb gözü açıq olanlara müdhiş dərəcədə təsir edən bir əxlaq ustadını görərsiniz. Belə ki, bu xütbəni dinləyən Həmmam eşitdiyi sözləri iliklərinə qədər hiss etdi və hiss etdiklərinin təsiri ilə oradaca özündən keçib canını Cananına təslim etdi.
194-cü məktubunda Malik Əştərə xitabən etdiyi nəsihətlərdə ölkə rəhbərliyi üçün lazımi bacarıqlara malik böyük bir dövlət adamını görərsiniz.
195-ci məktuba baxdıqda fərdi-ictimai, maddi-mənəvi bütün əxlaq qaydalarına vaqif böyük bir əxlaq abidəsini görərsiniz."

Ayətullah Məkarim Şirazi son olaraq bunları qeyd edib: "Əgər həqiqətən İmam Əlinin (ə.s) həyat tərzindən xəbərdar olmaq istəyiriksə "Nəhcül-Bəlağə"ni həyatımızın mərkəzinə almalıyıq. Onu çox yaxşı oxuyub dərk etməliyik, başa düşülməsi üçün lazım gələn səyi sərf etməliyik. Bu kitabı elm hövzələrində və universitetlərdə bir dərs kitabı olaraq öyrətməliyik."


Məkarim Şirazi: "Nəhcül-Bəlağə" hövzədə və universitetdə dərs kitabı olmalıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ