EURO 1,8796 TRY 0,2939
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:07.11.2019 23:40:30

Yerevan ümumi yurisdiksiya məhkəməsində sabiq Ermənistan prezidenti Robert Koçaryanı girovla azad etmək vəsatəti təmin edilməyib

İslamazeri.com "BBC"yə istinadən xəbər verir ki, Yerevan ümumi yurisdiksiya məhkəməsində hakim Anna Danibekyanın sədrliyi ilə keçirilən prosesdə sabiq Ermənistan prezidenti Robert Koçaryanı girovla azad etmək vəsatəti təmin edilməyib.

Bundan əvvəlki məhkəmə zamanı Koçaryanın vəkilləri onun istintaqın gedişinə mane olmayacağına inandırmağa çalışaraq, xatırlatmışdılar ki, daha əvvəl o, müttəhim statusunda 5 ay azadlıqda olarkən nə gizlənməyə cəhd edib, nə də istintaqa maneələr törədib.

Koçaryan isə öz çıxışında əmin etmişdi ki, "Hamıdan çox ədalətli məhkəmədə" onun özü maraqlıdı: "Mənim üçün burada durub və inandırmağa çalışmaq ki, qaçmaq və istintaqa əngəllər törətmək niyyətində deyiləm, xoş olmayan bir haldır. Bu, mənim tərcümeyi-halıma ziddir...

Kim nə deyir - desin, mən təkrar etməyə məcburam ki, ədalət məhkəməsindən qaçınmayacağam. Bir halda ki, ədalətli məhkəmədə hamıdan çox maraqlı olan mənəm", - məhkəmə prosesi izləyən BBC müxbiri xəbər verir. 

Koçaryanın işi ilə bağlı bütün məhkəmə proseslərində iştirak edən kiçik oğlu Levon Koçaryan qərarın "gözlənilməz olmadığını" bildirib.

O hesab edir ki, "atası mövcud hakimiyyət tərəfindən siyasi təqibə məruz qalır" və məhkəmə "sifariş yerinə yetirir".

"Hakim Danibekyandan ədalətli qərar gözləmək sadəlövhlük olardı. Bu da onun növbəti qeyri-qanuni qərarı idi", - Levon Koçaryan məhkəmədən sonra jurnalistlərə deyib.

Onun sözlərinə görə, Koçaryanın ailəsi haqqında son 10 il ərzində mətbuatda "nə yalan deyəsən ki, yazılmasın".

"İllərlə KİV-lər bizim ailəmizi aidiyyətimiz olmayan müxtəlif bizneslərlə əlaqələndirib, ailəmizə dair mənfi ictimai rəy yaradılıb", - o deyib.

Növbəti məhkəmə noyabrın 12-nə təyin olunub.

Ermənistanın ikinci prezidenti Robert Koçaryan və başqa yüksək vəzifəli dövlət məmuru və hərbçilər "1 mart 2008-ci il" işi üzrə Ermənistanda konstitusiya quruluşunu devirməkdə ittiham olunurlar. Koçaryan başqa bir cinayət işi üzrə xüsusilə böyük məbləğdə rüşvət almaq maddəsi ilə ittiham olunur.


Məhkəmə Ermənistanın sabiq prezidentini həbsdə saxladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Parisdə Azərbaycandakı seçkilər müzakirə ediləcək
    Bu barədə Azərbaycan Milli Məclisinin mətbuat xidməti məlumat yayıb
     09.12.2019
    Bakının yeni Baş Planının bəzi detalları açıqlanıb
    “Bakı şəhərinin inkişafı sistemli şəkildə həyata keçirilməlidir”.
     09.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ