1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.08.2019 13:39:04

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin Pervomayski rayon məhkəməsi ölkənin sabiq prezident Almazbek Atambayevin saxlanılmasının qanuniliyi məsələsinə baxılmasını avqustun 20-nə təxirə salmağa qərar verib.

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin Pervomayski rayon məhkəməsi ölkənin sabiq prezident Almazbek Atambayevin saxlanılmasının qanuniliyi məsələsinə baxılmasını avqustun 20-nə təxirə salmağa qərar verib.

"Report" TASS-a istinadən xəbər verir ki, məhkəmədən bunu müstəntiqin məşğul olması ilə əlaqələndiriblər.

Keçmiş dövlət başçısının vəkili Sergey Slesarevin sözlərinə görə, Atambayevin saxlanması qanunsuzdur, çünki qanunvericiliyə əsasən, respublikanın keçmiş rəhbərlərinin toxunulmazlıq hüququ var. Vəkil hesab edir ki, Atambayevin toxunulmazlığının və eks-prezident statusundan məhrum edilməsinə dair parlamentin iyunun sonunda qəbul etdiyi qətnamə Konstitusiyaya ziddir.

Xatırladaq ki, A.Atambayev avqustun 8-də Çuy vilayətinin Koy-Taş kəndindəki iqamətgahında saxlanılıb. Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov A.Atambayevin təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərərək Konstitusiyanı pozduğunu söyləyib.

Məhkəmə sabiq prezidentin azı avqustun 26-dək həbs olunmasına dair qərar qəbul edib. 


Məhkəmə Atambayevin saxlanılması ilə bağlı şikayətə baxılmasını təxirə salıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan mədəniyyətinə ağır itki, məşhur sima VƏFAT ETDİ
    Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
     14.09.2019
    Vasif Talıbov öz özünü yeni vəzifəyə təyin etdi
    Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalanıb.
     14.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ