EURO 1,8926 TRY 0,2924
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:15.11.2019 10:38:34

Hicri-qəməri tarixi ilə bu gün rəbiul-əvvəl ayının 17-si Həzrət Məhəmməd peyğəmbərin (s) və altıncı imam Həzrət İmam Cəfər Sadiqin (ə) doğum gününə təsadüf edir.

İslamazeri.com xatırladır ki, Məhəmməd peyğəmbərin (s) doğum günü miladi tarixi ilə 570-ci ilə, o zamankı yerli təqvimə əsasən “Fil ili”nin rəbiul-əvvəl ayına təsadüf edir. Məhəmməd peyğəmbərin dünyaya göz açmasının cümə gününə təsadüf etməsi qətiləşsə də, onun rəbiul-əvvəlin neçəsində doğulduğu qətiləşməyib. İslam alimləri əsasən 12 və 17 rəbiul-əvvəli daha güclü versiya kimi dəyərləndirirlər.

Məhəmməd peyğəmbər (s) doğulan zaman artıq atası Abdullah ibn Əbdül-müttəlib dünyadan getmişdi. Yetim Məhəmməd 6 yaşında ikən anası Aminəni də itirir. Onun qəyyumluğunu babası, daha sonra isə əmisi Əbu-Talib öhdəsinə götürür.

Cahiliyyətin və nadanlığın hökm sürdüyü Məkkədə gününü çobanlıqla, az qismini ticarətlə keçirmiş Məhəmmədə vəhyin nazil olması ərəb əyanlarını həsədə və paxıllığa düçar edirdi. Onlar, ümumiyyətlə, peyğəmbərliyin əyanlara məxsus olduğu iddiasında idilər. Lakin uca Allahın hikməti belə tələb edirdi ki, sonuncu səmavi dinini ehtiva edən, qeybdən və gələcəkdən xəbər verən ilahi vəhy, məktəb, müəllim, yazma, oxuma bilməyən, olduğu cəmiyyətdə düzgün, dürüst və əmanətdar kimi tanınan birinə verilsin. Bu şərtlərin hamısı yalnız gənc Məhəmməddə cəmləşirdi. Məhz bu səbəbdən idi ki, bütpərəstlər Məhəmmədi “sən bu Quranı özün yazmısan”, “sən özün bunları bilirsən” deməklə ittiham edə bilmirdilər.

 

İmam Sadiq (ə) 83-cü hicri ilinin Rəbiül-əvvəl ayının 17-də Mədinə şəhərində dünyaya gəlib. 

 İmam Cəfər Sadiq (ə) islam dini, eləcə də dünyəvi fənləri olduqca mükəmməl tədris edirdi. O, Mədinə şəhərində o zamanlar üçün nəhəng tədris mərkəzi qurmağa nail olub. Dünyanın müxtəlif məntəqələrindən insanlar Mədinəyə axışır, həzrətdən məlumat alırdılar.

Hz. İmam elmin müxtəlif sahələrində bir çox görkəmli alim yetişdirib. Bundan əlavə, o, 4000 nəfərdən çox şagird yetişdirməyə və onları müsəlman məmləkətlərinə yaymağa nail olub.

İmam Cəfər Sadiqin (ə) elmindən əhli-sünnə alimləri də bəhrələnirdilər. Maliki məzhəbinin banisi Malik ibn Ənəs, hənəfi məzhəbinin banisi Əbu Hənifə, məşhur fəqihlər Süfyan Sovri, Süfyan ibn Üyeynə, İbn Cüreyc, Şöbə onun dərslərində iştirak ediblər.

İmam Sadiq (ə) həyatı boyu təzyiq və təqiblərə məruz qalıb. Hələ atasının sağlığında Əməvi xəlifəsi Hişamın əmri ilə o, Dəməşqə sürgün olunur. Daha sonra Abbasi xəlifələri Səffah və Mənsurun əmri ilə imam (ə) iki dəfə sürgünə göndərilir.

O həzrət Mədinəyə qayıtdıqdan sonra təqiyyə edərək yaşayıb. Hicrətin 148-ci ilində (təqribən miladi 77-ci il) 65 yaşında ikən imam Sadiq (ə) xəlifə Mənsurun göstərişi ilə zəhərləndirilərək şəhid edilib.

İmamın mübarək məzarı Mədinədə, Bəqi qəbristanlığında imam Həsən Müctəba (ə), imam Zeynulabidin və imam Məhəmməd Baqirin məzarları ilə yanaşı yerləşir.

Qeyd edək ki, Bəqi qəbiristanlığında yerləşən dörd imamın məzarı üzərində ucaldılmış məqbərə ötən əsrin əvvəllərində (təxminən 1925-ci il) radikal dini cərəyanların şeyxlərinin göstərişləri ilə dağıdılıb. Bu günədək o imamların mübarək məzarlarının ziyarətinə məhdudiyyət və çətinliklər yaradılır.

 

Bu gün Azərbaycan da daxil olmaqla bir çox dünya ölkələrində Həzrət Məhəmməd (s) peyğəmbər və altıncı imamın doğum günü ilə bağlı tədbirlər keçirilir. Bu iki böyük şəxsiyyətin mübarək mövludları münasibətilə bütün müsəlmanları təbrik edirik!


Məhəmməd peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud günüdür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakı bazarlarında müəmmalı yanğınlar: qəsd, yoxsa...
    Son günlər paytaxt bazarında və ticarət mərkəzində baş vermiş yanğınlar çoxlu suallar yaradıb, müəmmalara, şübhələrə və müxtəlif mülahizələrə yol açıb.
     16.12.2019
    Ərdoğan “Avro-2020”ni Bakıda izləyəcək: “İlham Əliyev məni gözləyir”
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Avro-2020”də Türkiyənin keçirəcəyi iki görüşü Bakıda izləyəcək.
     16.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ