EURO 1,9848 NEFT 78,82
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:25.06.2018 14:58:48

Dünya şöhrətli İran rejissoru Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” filmi iyunun 28-də Bakıda təqdim olunacaq.

Dünya şöhrətli İran rejissoru Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” filmi iyunun 28-də Bakıda təqdim olunacaq.

Film Azərbaycanda İran Mədəniyyəti Günləri çərçivəsində Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Mədəniyyət Nazirliyindən bildirilib ki, təqdimat mərasimində rejissor özü də iştirak edəcək, daha sonra azərbaycanlı kino xadimləri ilə görüş keçirəcək.
2015-ci ildə istehsal olunmuş ekran əsəri VII əsrdə Məkkədə Məhəmməd peyğəmbərin uşaqlıq və ilk gənclik dövrü ilə bağlı hadisələri əhatə edir.

“Məhəmməd: Allahın elçisi” İran kino tarixində ən yüksək büdcəli filmdir.

Qeyd edək ki, İran Mədəniyyəti Günləri 27 iyun - 1 iyul tarixləri əhatə edəcək.

Azərbaycan Mədəniyyət Nazirliyinin ev sahibliyi ilə Bakı və Gəncə şəhərlərində mədəni toplantı və mərasimlərin keçirilməsi nəzərdə tutulub. İran incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin keçirilməsi, film və teatr tamaşalarının nümayişi də planlaşdırılır. İran milli orkestri də ilk dəfə olaraq Bakıda çıxış edəcək.

Mədəniyyət Günləri məqsədlə İranın mədəniyyət və islami irşad naziri, doktor Seyid Abbas Salehinin başçılığı altında İranın tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək. (APA)


"Məhəmməd: Allahın elçisi" filmi Bakıda təqdim olunacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "İmam Hüseyn" deyəndə ağlınıza ilk nə gəlir?
     19.09.2018
    İlham Əliyev onları təltif etdi - SİYAHI
    İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ