1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:21.03.2020 18:17:43

Məbəs, Besət gecəsi və günü İslam Peyğəmbərinə (s) peyğəmbərlik verilib

İslamazeri.com sizə bu gecə və günün əməllərini təqdim edir:

Şeyx Tusi "Misbahul-Mutəhəccid" adlı kitabında belə buyurur: Əbu Cəfər İmam Muhəmməd Təqidən (ə) belə rəvayət edir: "Rəcəb ayında, üzərinə günəşin saçdığı hər şeydən daha xeyirli olan bir gecə var. O gecə, Allah elçisi Muhəmmədin (s) peyğəmbərliyə layiq və vəzifələndirildiyi gündür. 

Bu gün Rəcəbin 27-ci gecəsidir. Bizim tərəfdarlarımızdan o gecənin əməllərini yerinə yetirənlər üçün altmış ilin savabı vardır.

Ondan bu savab üçün edilən əməllrə haqqında soruşduqda buyurdu:” Şam və İşa namazlarını qılıb yatdıqdan sonra, gecə yarı olmadan hər hansı bir saatda bu namaz qılınır.

1. 12 rəkətli namazdır. Həmd surəsindən sonra Quranda Muhəmməd surəsindən sonra sona qədər olan bütün surələrdən birini demək. Hər iki rəkətdə salam verərək namazı tamamlamaq, sonra Fatihə, Fələq, Nas, Kafirun, Ayətəl Kürsü ayələri, Qədr surələrinin hamısını yeddi dəfə oxumaq.

Daha sonra bu dua oxunur:

Əlhəmdulilləhiləzi ləm yəttəxiz vələda, vələm yəkunləhu şərikun fil mulki, vələm yəkunləhu vəliyyun minəzzulli və kəbbirhu təkbira. Allahummə inni əsəlukə biməaqidi izzi kəəla ərkəni ərşikə və muntəhər rəhməti min kitabikə və bismikəl əəzəmil əzəm, əl əzəm vəzikrikəl əələl əələl əəla və bikəlimətikət təmməti, tusəlliyə əla Muhəmmədin və alihi və ən təfəla bi ma əntə əhluh.

2. Qüsl etmək

3- Həzrət Əlini (ə) ziyarət etmək.

"Məbəs" gününün əməlləri
Qüsl

Oruc tutmaq (bu gün ilin ən üstün 4 günündən biridir)

Çoxlu salavat

Peyğəmbər (s) və İmam Əlinin (ə) ziyarətini oxumaq

12 rəkətli namaz, namazdan sonra Həmd, İxlas, Nas, Fələq surələrinin hər birini 4 dəfə oxuduqdan sonra bu dua deyilir:

4 dəfə : Lə iləhə illəllahu vəllahi əkbər, və subhənallahi vəlhəmdulilləhivə lə həvlə vələ quvvətə illə billəhil əliyyil əzim 

4 dəfə Allahu, Allahu Rəbbi Lə uşriku bihi şəyən

4 dəfə: Lə uşriku bi Rəbbi Əhədən 

Hazırladı: Ruhullah Novruzzadə/ İslamazeri.com


"Məbəs" gecəsi və gününün əməlləri

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Mədinə şəhərindəki Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq
    Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib.
     30.05.2020
    Azərbaycanda
    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ