EURO 1,9202 TRY 0,2949
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.02.2019 10:04:44

Rəsmi qurumlar Bəxtiyar Bağırovun saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.

"İctimai fəal Bəxtiyar Bağırovdan artıq 5-ci gündür xəbər yoxdur". Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev Facebook səhifəsində məlumat yayıb (red: məlumat 10-da yayılıb).

Yaxınlarının dediyinə görə, Bəxtiyar Bağırov “Müsəlman Birliyi” Hərəkatının fəalıdır.

“Bəxtiyar Bağırov Bakının Bakıxanov qəsəbəsində çayxanaların birində olarkən bir neçə mülki geyimli şəxs tərəfindən saxlanılıb. Bağırovla birgə olanlardan biri onu saxlayanların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının olduğunu güman edir. Çünki, o həmin mülki geyimlərindən birini tanıdığını bildirir,” Bağırovun yaxınlarından biri Amerikanın Səsinə bildirib. 

Bununla yanaşı, yaxınları Bəxtiyar Bağırovun saxlanılmasının səbəbləri barədə məlumatsızdır.

Rəsmi qurumlar Bəxtiyar Bağırovun saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.

İnanclı Bəxtiyar Bağırova 20 sutka həbs cəzası verilib.  Ətraflı 


MBH üzvündən 5 gündür xəbər yoxdur - Yeniləndi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mübariz Mənsimovdan onun haqda sifarişli yazı yazanlara və yazdıranlara SƏRT SÖZLƏR
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, bu haqda sosial şəbəkə profilindən tanınmış iş adamı Mübariz Mənsimov özü status paylaşıb, bunu bəzi saytlar xəbər kimi yayıblar...
     18.04.2019
    Keçmiş bələdiyyə sədrinin ibtidai istintaqı başa çatıb
    Göygöl rayonu, Zurnabad bələdiyyəsinin sabiq sədri Daşqın Vəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
     18.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ