EURO 2,0067 NEFT 74,92
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.03.2018 11:28:16

Maştağa qəsəbə sakini Telli Məlikova tərəfindən laminat sexindən gələn səs-küy ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Sabunçu rayonu, Maştağa qəsəbə sakini Telli Məlikova tərəfindən laminat sexindən gələn səs-küy ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ETSN-nin mütəxəssisləri tərəfindən Maştağa qəsəbəsi, Ramana gülçülük sovxozu ərazisində yerləşən sexdə aparılan ölçmə işləri nəticəsində sexdə işləyən iri həcmli köhnə ventilyatorların yaratdığı səs–küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.

 Faktla bağlı sexin sahibi Elxan Feyzullayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Köhnə ventilyatorların sökülüb müasir ventilyatorlarla əvəz olunması üçün sex sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.


Maştağadakı səs-küylə bağlı bir nəfər cərimələndi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avstriyalılar məscidlərin qapadılmasının tərəfdarıdır
    Avstriyada sosial sorğu keçiriblər.
     19.06.2018
    Azərbaycanda dəhşətli qəza: deputatın bacısı oğlu öldü
    Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.
     19.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ