1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:21.05.2019 17:11:58

“Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında aktiv iştirak edirlər və mənim Gürcüstanın həm ərazi, həm də iqtisadi baxımdan ən inkişaf etmiş rayonlarından olan Marneulinin meri seçilməyim bunun təsdiqidir”.

24News.ge xəbər verir ki, bu sözləri mayın 19-da Marenulidə keçirilən növbədənkənar mer seçkilərinin qalibi Zaur Darğallı deyib.

O bildirib ki, yaxın vaxtlarda azərbaycanlıların bu ölkənin siyasi-iqtisadi həyatında aktivliyi daha da artacaq: “Bizim ümidimiz bu gün Tbilisidə təhsil alan 3 min tələbəyədir. Bu proses aktiv şəkildə davam edir və biz əminik ki, bu tələbələr öz kəndlərinə, öz bələdiyyələrinə döndükdən sonra yerlərdə vəziyyət tamam dəyişəcək”.

Zaur Darğallı qeyd edib ki, yaxın vaxtlarda Marneulinin su və kanalizasiya problemlərinin həlli məqsədilə 200 milyon lari dəyərində yeni layihənin icrasına başlanacaq: “Bu layihələrin əksəriyyəti azərbaycanlıların yaşadığı kəndlərdə həyata keçirilir. 2012-ci ildə rayonun içməli su təchizatı 15 faiz idi. Bu gün bu rəqəm 85 faizə çatdırılıb. Hazırda 15 kənddə bu istiqamətdə işlər aparılır”.

Zaur Darğallı deyib ki, fəaliyyətə başladıqdan sonra azərbaycanlıların idarəetmə işlərinə cəlb edilməsi istiqamətində intensiv işlər aparacaq. Bu yolla həm həyata keçiriləcək layihələrin effektivliyinin artırılmasına, həm də azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasına nail olunacaq.

Son seçkilərdə seçici aktivliyinə münasibət bildirən Zaur Darğallı 36 faiz iştirakın Gürcüstan üçün normal olduğunu söyləyib: “Gürcüstanda hər seçkiyə ortalama olaraq 40 faizə yaxın əhali qatılır. Bu normal göstəricidir. Hər seçkidə olan göstəricidir. Müxtəlif seçkilərdə artma və ya azalma olur. Ancaq 36 faiz orta göstəricidir”.

Səslərin sayılması zamanı elektrik təchizatında problem yaranması ilə bağlı iddiaları əsassız adlandıran Zaur Darğallı 20 gün içində yeni vəzifəsinə başlayacağını bildirib.


Marneulinin yeni meri: "Ümidimiz Tbilisidəki 3 min tələbəyədir"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ