1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:23.01.2020 12:56:06

Mərasimə tanınmış Türkiyəli ilahiyyatçı da qatılıb və çıxış edib

İslamazeri.com ahlibeyt.ge saytına istinadən xəbər verir ki,  “Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti”, həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən “Əhli-beyt (ə) Aşiqləri Forumu” və “Zeynəb (s.ə) Qadınlar Birliyi”nin birgə təşkilatçılığı ilə İslam Peyğəmbərinin (s) ciyərparəsi xanımlar Ñ…anımı Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibəti ilə izdihamlı əza mərasimi keçirilib.
Həzrəti Fatimənin (s.ə) şəhadəti münasibətilə keçirilən əza məclisinin aparıcısı Kərbəlayi Elçin Daşdanoğlu ilk öncə çıxış edərək mərasimə qatılanları salamlayıb və başsağlığı verib.
Qurani-Kərim tilavətini Quran qarisi Rza Cəfəri icra edib.
Mərasimdə çıxış etmək üçün söz Ayətullah Sistaniyə bağlı Türkiyə Alulbeyt qurumunun təmsilçisi, ilahiyyatçı, araşdırmaçı, yazar Mehdi Aksuya verilib.

O xanım Zəhranın (s.ə) ömründə olan ibrətlərdən danışaraq, xanımın ömürünün son anlarını xüsusi vurğulayıb.
Mərasimin əsas hissəsi Əhli-beyt (ə) məddahı Rza Cəfərinin Hz. Fatimənin (s.ə) şəninə rövzə, mərsiyyələr və Fərəc duasını oxuması ilə yekunlaşıb.
Əza mərasimindən sonra ehsan süfrəsi açılıb.


Marneulidə Xanım Zəhranın (ə) əza mərasimi keçirilib - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Mədinə şəhərindəki Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq
    Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib.
     30.05.2020
    Azərbaycanda
    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ