EURO 2,0859 NEFT 69,33
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:01.07.2017 14:25:50

Dünya futbolunun əfsanəsi Rusiya və ABŞ prezidentlərinə münasibətini açıqlayıb.

İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, əfsanəvi argentinalı futbolçu Diyeqo Maradona Rusiya Prezidenti Vladimir Putinə olan münasibətindən söz açıb.

“Putin fenomendir. Mən düşünürəm ki, Huqo Çaves və Fidel Kastrodan sonra, Putin Daniel Orteqo və Evo Moraleslə birgə “yüksək səviyyəni” təmsil edir.”, - deyə məşhur oyunçu bildirib.

Onun fikrincə, Putin bir çoxları üçün sülh gətirə bilər.

Maradona təsdiq edib ki, rusiyalı liderlə görüş keçirməyə hazırlaşır. Görüş zamanı 2018-ci ildə keçiriləcək dünya çempionatına hazırlıq müzakirə ediləcək. Lakin əfsanə baş tutacaq danışıqların təfərrüatları barədə məlumat verməyib.

“Bir siyasətçi kimi Donald Tramp haqda nə düşünürsünüz?” sualının cavabında isə idmançı qeyd edib ki, onu siyasətçi kimi görmür.

“Mənim üçün o daha çox hər hansısa bir komiks və ya cizgifilm qəhrəmanıdır. Hər dəfə onu televizorda görəndə kanalı dəyişirəm.”, - deyə futbolçu aydınlıq gətirib.

Xatırladaq ki, Diyeqo Maradona daha əvvəl etiraf etmişdi ki, Putinin fanatıdır və onu xətrini çox istəyir.


Maradona: Putin fenomen, Tramp isə...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslam Əməkdaşlığı Təşkilatın konfransı Tehranda işə başladı
    İslam Əməkdaşlığı Təşkilatın 13-cü konfransı İran İslam Respublikasının paytaxtı Tehranda işə başlayıb
     16.01.2018
    Əli İnsanovun kassasiya şikayəti təmin olunmayıb
    Bu gün Ali Məhkəmədə Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
     16.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ