1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:30.04.2018 00:36:25

Malyariyanın yenidən qayıtması ilə bağlı narahatlıq

Son 10 il ərzində ilk dəfədir ki, malyariya hallarının sayı artıq aşağı düşmür. Bu, bir çox hallarda ölümlə nəticələnən xəstəliyin yenidən qayıda biləcəyi ilə bağlı narahatlıqlara səbəb olub. İslamazeri.com bbc-yə istinadən xəbər verir. Xəbərə görə, mütəxəssislər və xeyriyyəçi Bill Gates Londonda keçirilən Britaniya Birliyi sammiti ərəfəsində dövlət liderlərini malyariya ilə mübarizəyə daha çox vəsait ayırmağa səsləyiblər.

2016-cı ildə dünya əhalisinin az qala yarısı malyariya riski ilə üzləşib, 91 ölkədə 216 milyon insan isə bu xəstəliyə düçar olub. 

2016-ci ildə əvvəlki illə müqayisədə xəstəlik hallarının sayı 5 milyonadək artıb.

Mütəxəssislər hesab edir ki, malyariyaya qarşı daha çox resurs və önləyici addımlar tələb olunur.

Əks halda onun yayılması nəticəsində ölümlərin sayı arta bilər.

Malyariya hallarının sayı Cənubi və Şərqi Asiya, Sakit Okean regionu, Amerikanın müxtəlif bölgələri və Afrikada artmaqdadır.

Bu arada bir çox başqa regionlarda malyariyanın yayılması ilə bağlı vəziyyət ya sabit qalır yada ki, xəstəlik hallarının sayı aşağı düşməkdədir.


Malyariya xəstəliyi geri dönür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İraq xalqı İsrailə qarşı imza kampaniyası başladıb
    İraq xalqı "Sionist İsrail rejimi ilə hər hansı bir əməkdaşlıq və qarşılıqlı əlaqənin İraqa xəyanət olduğunu vurğulayıb.
     22.02.2019
    Səudiyyə Ərəbistanında həbsdə olan din xadimi aclıq aksiyasına başlayıb
    Səudiyyə rəsmiləri hələlik məsələyə dair bir açıqlama verməyib.
     21.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ