EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:12.01.2019 00:43:57

Malayziya hökuməti ev sahibliyi edəcəyi "2019 Dünya Paralimpiya Üzgüçülük Çempionatında iştirak etmək üçün viza müraciəti edən İsrail üzgüçülərin ölkəyə girişini qadağan etmə qərarı qəbul edib.

Malayziya hökuməti ev sahibliyi edəcəyi "2019 Dünya Paralimpiya Üzgüçülük Çempionatında iştirak etmək üçün viza müraciəti edən İsrail üzgüçülərin ölkəyə girişini qadağan etmə qərarı qəbul edib.

İslamazeri.com xəbər verir ki, hökumətin iclasından sonra mətbuata açıqlama verən Baş nazir Məhazir Məhəmməd İsrail idmançılarının ölkəyə giriş icazəsi ala bilmədiyinə dair İsrail mətbuatında çıxan iddiaları təsdiq edərək, hökumətin sözügedən qərarın arxasında dayandığını deyib.

Məhazir Məhəmməd "Əgər gəlsələr cinayət təşkil edər. Malayziyanın çempionata ev sahibliyi etmək haqqını geri almaq istəyirlərsə yoxlaya bilərlər",- deyərək, ölkəsinin İsrail idmançıları ilə bağlı mövqeyini dəyişdirməyəcəyini də vurğulayıb.

Malayziyanın gənclər və idman nazirinin müavini Stiven Sim Çe Keonq isə sözügedən İsrail olanda Malayziyanın duruşunun çox aydın olacağını bildirib və "Hökumət Fələstin xalqına qarşı edilən repressiyaya etiraz etmək üçün bu mövzudakı sərt mövqeyini qoruyub saxlayacaq",- deyib.

İsrail mətbuatında həftənin əvvəlində çıxan xəbərlərdə, ümumilikdə 70 ölkədən 600-dən artıq üzgüçünün yarışacağı çempionatda iştirak etmək istəyən İsrail idmançılarının Malayziyaya girişinin qadağan olunduğu iddia edilmişdi.

Malayziyada 29 iyulda başlayacaq 2019 Dünya Paralimpiya Üzgüçülük Çempionatı 4 avqusta qədər davam edəcək.


Malayziya İsrail üzgüçülərinin ölkəyə girişini qadağan edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Cəlilabadda nəzir qutusundan oğurluq edən şəxs saxlanılıb
    Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məscidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.
     26.06.2019
    Tbilisidə daha 51 etirazçı həbsdən azad olunub
    Tbilisidə iyunun 20-si və 21-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya zamanı saxlanılan daha 51 şəxs azadlığa buraxılıb
     26.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ