EURO 1,8856 TRY 0,3045
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:23.05.2019 02:06:46

“Əvvəlki illərlə müqayisədə görürük ki, maksimum bal toplayan abituriyentlərin sayında bu il ciddi şəkildə azalma müşahidə olunur”.

“Əvvəlki illərlə müqayisədə görürük ki, maksimum bal toplayan abituriyentlərin sayında bu il ciddi şəkildə azalma müşahidə olunur”.
“Qafqazinfo” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, bu azalma xüsusilə də IV ixtisas qrupunda açıq şəkildə görünür:

 

“Keçən il - 2018-ci ildə isə I ixtisas qrupu üzrə yaz imtahanında 2 nəfər, IV ixtisas qrupu üzrə isə 1 nəfər maksimum bal 700 bal toplamışdı. 2018 - ci ildə yaz imtahanında 32139 nəfər iştirak etmişdi. 2017-ci ildə I qrup üzrə 6 nəfər yaz imtahanında maksimum bal - 700 bal, IV ixtisas qrupu üzrə 2 abituriyent yaz imtahanında maksimum bal toplamışdı. Bu ildə I və IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 30224 iştirak etmişdi.

Xatırladım ki, 2019-cu ildən etibarən imtahanda abituriyentlərə I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV ixtisas qrupunda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir və ixtisas qrupu üzrə isə maksimum bal 400 baldır. Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 12 mayda l və IV ixtisas qrupu üzrə keçirilən yaz imtahanının nəticələrini açıqlayıb. İmtahanda iştirak etmiş 32174 abituriyentdən yalnız 1 (bir) nəfər I ixtisas qrupu üzrə ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb. IV ixtisas qrupu üzrə isə maksimum bal toplayan abituriyent olmayıb.


“Maksimum bal toplayanların sayında ciddi azalma var” - Təhsil eksperti

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ