EURO 1,9343 NEFT 71,97
USD 1,7 RUB 0,0254
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.06.2018 03:34:09

Makedoniyanın Yunanıstanla ad məsələsini yoluna qoymasını Qərb liderləri alqışlayıb

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, Makedoniyanın Yunanıstanla ad məsələsini yoluna qoymasını Qərb liderləri alqışlayıb. Amma hər iki ölkə başçısının qarşısında bu razılaşmanı parlamentlərindən keçirmək kimi çətin vəzifə dayanır.

Razılaşmaya qarşı çıxanlar bir neçə gün idi ki, hər iki ölkədə etiraz yürüşləri keçirirdilər. Onlar iyunun 12-də etirazlarını bir daha səsləndirib, sənədin ratifikasiyasına qarşı çıxacaqlarını bildiriblər.

Bu gün Makedoniya Respublikası üçün ağır gündür”, Makedoniyanın müxalifətdə olan VMRO-DPMNE partiyasının sədri Hristiyan Mikoski deyib. O, ölkəsinin Şimali Makedoniya Respublikası, yaxud Severna Makedonija adlandırılmasını nəzərdə tutan razılaşmanı “saxta qələbə” hesab edir. 

Mikoskinin iddiasına görə, baş nazir Zoran Zaev bu razılaşma ilə Yunanıstana “təslim olub”. Ötənilki seçkilərdə VMRO-nu Zaev-in Sosial Demokrat partiyası məğlub edib.

Makedoniya prezidenti Gjorge Ivanov da razılaşmadan narahatlığını dilə gətirib. Onun fikrincə, bu sənəd makedoniyalıların ölkə içində öz ölkələrini necə çağırmasına təsir göstərməməli, yaxud konstitusiyaya dəyişiklik olunmamalıdır.

“Makedoniya xalqının və vətəndaşlarının şərəfinə toxunmayacaq həllin tapılmasından ötrü daha geniş milli konsensusa ehtiyac var”, Ivanov iyunun 12-də deyib.

Yunanıstanda da müxalifət narazıdır. Burada çoxları düşünür ki, şimal qonşularına “Makedoniya” adından istifadəyə icazə verilməməlidir. Yunanıstanın şimal vilayətinin adı da Makedoniyadır.

Bu, yunanların çoxunun qarşı olduğu pis bir razılaşmadır”, Yunanıstanın əsas müxalifət partiyasının lideri Kyriakos Mitsotakis deyib. O, baş nazir Alexis Tsiprası razılaşmanı irəli aparmamağa çağırıb.

Vaşinqton, BMT, Avropa Birliyi isə sazişi alqışlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Heater Nauert deyib ki, bu həll “hər iki ölkəyə fayda verəcək, regional təhlükəsizlik və firavanlığı gücləndirəcək”.

BMT-nin baş katibi Antonio Guterres razılaşmanı “rəhbərlik nümayişi” adlandırıb, “hər iki ölkənin vətəndaşlarını birlikdə prosesi irəli aparmağa” səsləyib.

Avropa Şurasının prezidenti Donald Task tvitində Tsipras və Zaevə “səmimi təbriklər”ini çatdırıb. "Sayənizdə mümkünsüz olan mümkünə çevrilir", o deyib.


Makedoniyanın adının dəyişdirilməsi narazılıqla qarşılandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İmam Baqirin (ə) şəhadət günüdür
    İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (s. ə) nəslinə yetişən ilk şəxs olmuşdur
     19.08.2018
    Düşmən atəşkəsi pozub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.
     19.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ