EURO 1,9745 NEFT 73,8
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:02.03.2018 18:36:56

Eldar Mahmudovun Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyində yaratdığı mütəşəkkil cinayətkar dəstənin ifşası ictimaiyyətdə böyük məmnunluqla qarşılandı.

Eldar Mahmudovun Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyində yaratdığı mütəşəkkil cinayətkar dəstənin ifşası ictimaiyyətdə böyük məmnunluqla qarşılandı. Çünki, illər ərzində cəzasızlıq mühitində olan bu dəstə yüzlərlə gunahsız Azərbaycan övladının taleyini qaraldıb. Ölkədə sahibkarlığın inkişafına böyük bir sədd çəkən “Mahmudovçu dəstə” ağlasığmaz üsullarla iş adamlarının var-dövlətinə sahib olub.

İstintaq və birinci instansiya məhkəməsində bu dəstənin şok cinayətləri üzə çıxdı. MTN-nin dağılmasından iki il keçməsinə baxmayaraq, hələ də ölkə mediası bu qruplaşmanın əməllərini müzakirə edir.

Diqqət edin: İstintaq  Vüsal Ələkbərovun vətəndaşlar Nizami Kazımovdan 2 milyon, Hüseyn Səfərovdan 2 milyon, Elşən Mədətovdan 250 min , Mehrac Qurbanovdan 200 min , Namil Rzayevdən  500 min dollar, Müsənnif Salahovdan  isə 600 min manat məbləğində rüşvət almasını rəsmən sübut edib. 

Törətdiyi cinayətin ağırlığı, qarşı tərəfə dəyən zərərin həcminin böyük olmasına və ödənilməməsinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayev bu şəxsə birdən-birə 7 il güzəşt edir. Təbii ki, burada hakimi hansısa şəxsi maraq güdməkdə ittiham etmək mümkünsüzdür. Hakim ona gələn sifarişi icra edib.

Ortaya sual çıxır: dövlətin cəza siyasətinin humanistləşdirilməsindən danışanlar yoxsa bu humanizmin təsadüfən avtomobillə qəza tərədib 7 il cəza cəza alana yox, yüzlərlə vətəndaşı işgəncə maşınından keçirən, sahibkarın hədə qorxu ilə var-dövlətini yağmalayanlara tətbiqini nəzərdə tutur? 

Baş Prokurorluq necə, bu “humanizmlə” barışacaqmı? Qərardan protest olacaqmı?

Ümid edirik ki, Baş Prokururluq bu suala aydınlıq gətəricək. Susqunluq olacaqsa, o zaman təəccüblənməyək. Qarşıdakı prosesdə isə vətəndaşlarla yanaşı həm də MTN-nə 7 milyon zərər vuran Elçin Quliyev və digərlərinin də cəzasının endiriləcəyinin şahidi olacağıq.

Bu isə yüksək vəzifədə təyinat alan şəxslər üçün yeni presedent olacaq. Yəni, vəzifədə olduğum dönəmdə hər cür cinayətə imza ata bilərəm, sonradan məsuliyyətdən yaxa qurtarmağın yollarından istifadə mümkündür.

Sonda isə əzilən, hüquqları tapdalanan sadə AZƏRBAYCANLI olacaq!.

P.S. Yaxşı olmazdımı ki, bu humanizm qeyri-adekvat və qərəzli hökmlərlə həbsdə yatan ictimai-siyasi fəallarla, jurnalistlərə münasibətdə tətbiq edilsin. Hansı ki, bu şəxslərin həbsi Azərbaycanı Avropa qurumları ilə üz-üzə qoyub. 

 

Pərviz Həşimli/gununsesi.info

Qeyd edək ki, Pərviz Həşimlli də MTN tərəfindən həbs olunmuşdu...


“Mahmudovçu dəstə”yə jest edən kimlərdir?- PƏRVİZ HƏŞİMLİ YAZIR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xorvatiya Argentinanı darmadağın etdi - 1/8 finala çıxdı - VİDEO
    Dünya çempionatında bu gün D qrupunun ilk görüşü oynanılıb.
     22.06.2018
    Alimlər təsdiqlədi - Alkoqollu içkilər xərçəng yaradır
    “Plos Medicine” jurnalında alimlərin növbəti tədqiqatının nəticələri açıqlanıb.
     22.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ