“Mən sizin milyonlarınızın arxasınca düşməyəcəyəm, onlar bizə lazım deyil!”

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Fələstin başçısı Mahmud Abbasın məsləhətçisi Nabil Şaat Avstraliyanı sərt tənqid atəşinə tutub.
Şaatın qəzəbinə Avstraliyanın Fələstin rəhbərliyi “terrorçuları maliyyələşdirməyə” son qoymayanadək Fələstinə edilən maliyyə yardımının dayadırılması haqda qərarı səbəb olub.
Belə ki, Avstraliyanın Baş naziri Culiya Bişop bildirib ki, Fələstinə edilən bütün yardım dayandırılır. Artıq bütün yardımlar sırf BMT xətti ilə ediləcək.
Şaat isə öz növbəsində elan edib ki, Avstraliyanın üzərinə tüpürülməlidir, çünki onlar buna layiqdirlər.
“Mən sizin milyonlarınızın arxasınca düşməyəcəyəm, onlar bizə lazım deyil!”, - deyə o bildirib.
Mahmud Abbasın məsləhətçisi Avstraliyaya “tüpürdü”