Minimum əmək haqqının gəlir vergisindən azad edilməsi təklif olunur.

Minimum əmək haqqının gəlir vergisindən azad edilməsi təklif olunur.
Atv.az xəbər verir ki, sentyabrın 1-dən Azərbaycanda minimum əmək haqqı 250 manata qaldırılıb. Lakin sosial ayırmaları və gəlir vergisini çıxdıqdan sonra vətəndaşa çatan məbləğ 234 manat olur.
Ona görə də fiziki şəxslərin maaşının gəlir vergisindən azad olunan hissəsinin 200 manatdan 250 manata qaldırılması təklif olunur.
Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, belə bir qərarın qəbul edilməsi ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan növbəti addım ola bilər.
Maaşlarla bağlı təklif - Minimum əmək haqqının vergidən azad edilməsi təklif olunur