1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:07.11.2019 23:51:38

Lufthansanın təyyarə bələdçilərinin maaş və pensiyalara görə 48 saatlıq tətilə çıxması cümə axşamı ən böyük Almaniya hava yollarını yüzlərlə uçuşu ləğv etməyə məcbur edib.

Lufthansanın təyyarə bələdçilərinin maaş və pensiyalara görə 48 saatlıq tətilə çıxması cümə axşamı ən böyük Almaniya hava yollarını yüzlərlə uçuşu ləğv etməyə məcbur edib. İslamazeri.com bu haqda amerikanınsəsinə istinadən xəbər verir.

Çərşənbə günü Lufthansa cümə axşamı və cümə günləri 1300 uçuş əlaqələrini ləğv ediləcəyini və bunun 180 000 sərnişinə təsir edəcəyini açıqlayıb.

Bu Lufthansa-nın iki gün ərzində planlaşdırdığı 6000 uçuşun beşdə biridir.

Frankfurt hava limanının veb saytındakı uçuş cədvəlində Avropa istiqamətlərinə və transatlantik marşrutlara edilən çoxsaylı reyslərin ləğv olunması göstərilib.

Lufthansa, cümə axşamı günü təkcə Frankfurtda 400-ə yaxın, Münhendə 250, daha kiçik hava limanlarında ləğv edilən reysərlə birlikdə ümumilikdə 700-ə yaxın uçuşun ləğv ediləcəyini təsdiqləyib.

Frankfurt hava limanının nümayəndəsinin sözlərinə görə, sərnişinlərin əksəriyyəti müxtəlif reysləri yenidən bron edib və hava limanına gəlməyib.

Təyyarə Bələdçiləri Birliyi tətillərin cümə günündən sonra da davam etməsi ehtimalının olduğunu bildirib.

Təyyarə Bələdçiləri Birliyinin sözçüsü Nikoli Boblis deyib ki, işə bəzi yeni başlayanların "milyardlarla qazancı olan bir şirkətdə qışda üçrəqəmli xalis maaş" alırlar.

Aviaşirkət və həmkarlar ittifaqı aylardır həmkarlar ittifaqının hüquqi statusu ilə qarşı-qarşıyadır.

Lufthansa bu ilin əvvəlində vəzifəyə başlayan həkarlar ittifaqının rəhbər heyəti, qanuni tələblərə cavab verən bir şəkildə seçilmədiyini söyləyib, Təyyarə Bələdçiləri Birliyi isə buna etiraz edir.


Maaş və təqaüdə görə tətil Lufthansa şirkətinin 1300 uçuşu təxirə salmasına səbəb oldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhani: ABŞ və İsrailin planı puç oldu! Qalib İrandır!
    İran prezidenti ölkədəki hadisələr barədə danışıb.
     20.11.2019
    Oqtay Gülalıyev təkrar əməliyyat olunacaq
    Noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb
     20.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ