EURO 1,9874 NEFT 75,08
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:12.08.2017 10:57:00

Londonun “Arsenal” klubu İngiltərə Premyer Liqasının 2017/2018 mövsümünün ilk oyununda “Lester” komandasına qalib gəlib.

İslamazeri.com xəbər verir ki, dünən İngiltərə Premyer Liqasına "Arsenal" və "Lester" klublarının oyunu ilə start verilib.

Qarşılaşmada meydan sahibləri sürətli hücumlarla başlayıb. Bunun məntiqi nəticəsi olaraq kluba yeni transfer olunan Aleksandr Lakazett oyunun 2-ci dəqiqəsində "Arsenal"ı 1-0 önə çıxardıb.

Bundan sonra oyunda üstünlüyü tədricən ələ alan qonaqlar 5-ci dəqiqədə Sindzi Okazaki, ardınca 29-cu dəqiqədə Ceymi Vardinin vurduğu qollarla hesabda irəli çıxıb.

İlk hissənin son dəqiqəsində "Topçular" Denni Uelbekin 45+2 ci dəqiqədə vurduğu qolla paltardəyişmə otağına bərabərliklə yollanıb.

Matçın ikinci yarısı yenidən qonaqların hücumları ilə başlayıb. Çox keçmədən oyunun 56-cı dəqiqəsində Ceymi Vardi dubl edib.

Görüşün sonlarında hücumlarının kəsərini artıran "Arsenal" klubu əvvəlcə 83-cü dəqiqədə Aaron Remzi, sonda isə 85-ci dəqiqədə Olivye Jirunun vurduğu qolla son nöqtəni qoyub.


Londonda "Topçular" "Tülküləri" məğlub etdi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DÇ-2018: Fransa Dünya Çempionu oldu! - FOTO-VİDEO
    Fransızlar tarixlərində ikinci dəfə dünya çempionu adını qazanıblar
     16.07.2018
    ABŞ azərbaycanlının dizaynı əsasında “Tank” hazırladı - FOTO
    ABŞ azərbaycanlı Samir Sadıqovun dizaynı əsasında yeni “Tank” hərbi yolsuzluq avtomobilini təqdim edib.
     16.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ