EURO 1,9794 NEFT 73,11
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:20.06.2018 15:54:20

İqtisadçı ekspert: “Lombardların çatışmayan cəhətləri odur ki...”

2013-2014-cü illərə qədər lombardların sayında azalma qeydə alınıb. Ona görə ki, banklar aktiv şəkildə kredit verirdi və kredit şərtləri də yumşaq idi deyə, hamı banklara üz tuturdu. Son dövr lombardlar yenidən “çiçəklənməyə” başlayıb. Səbəblərdən danışan iqtisadçı ekspert Samir Əliyev deyir ki, Mərkəzi Bank kredit şərtlərini ağırlaşdırandan sonra xeyli insan bank kreditlərindən kənarda qalıb:

“2014-cü ilin avqustunda neftin qiymətinin düşməsi, xüsusən də devalvasiyadan sonra insanların banklara kredit borclarının yaranması kredit şərtlərinin ağırlaşmasına gətirib çıxartdı. Banklardan kredit ala bilməyən insanlar yenidən lombardlara üz tutmağa başladılar. Lombardlarla bank kreditlərini müqayisə etsək, hər birinin öz üstünlüyü və çatışmazlığı var. Bank kreditlərinin üstünlüyü ilk növbədə ondan ibarətdir ki, faiz dərəcəsi lombardlarla müqayisədə aşağı olur. İkinci əsas üstünlük verilən məbləğin yüksək olmasıdır. Qoyulan girovun müqabilində götürülən kreditin məbləği nisbətən yüksək olur. Eyni girovla bankdan daha çox kredit götürmək olar, nəinki lombardda. Çatışmazlığı odur ki, bankın kredit şərtləri ağırdır. İş yerindən arayış istənilir. İkincisi, vaxt tələb edilir.

Lombardlar ile ilgili görsel sonucu

Lombardlarda isə qısa vaxt ərzində, 1-2 saata girovu qoyub, onun müqabilində pul götürmək olur. Ona görə də kiməsə təcili pul lazımdırsa, lombarda üz tutur. Lombardların çatışmazlığı isə budur ki, lombardlarda bankla müqayisədə faizlər yüksəkdir. Girovun az bir hissəsi həcmində pul verilir. Qoyulan girovların taleyi sual altında olur. Ya zədələnmiş olur, ya da lombard sahibi götürüb aradan çıxır”.

Samir Əliyev ile ilgili görsel sonucu

S.Əliyev Azərbaycanda lombardların fəaliyyətinin qanunvericiliklə tənzimlədiyini də qeyd edir: “Ümumi hüquqi şəxslərə tətbiq edilən qanunvericilik lombardlara da tətbiq edilir. Amma banklar, sığorta şirkətləri kimi lisenziyalaşdırılmış fəaliyyət növü deyil. Buna görə də xüsusi tələblər və ona nəzarət edən qurum da yoxdur. İstənilən şəxs lombard açıb fəaliyyət göstərə bilər. Lisenziya tələb etmir deyə xüsusi standartları da yoxdur - girovların saxlanma şəraitindən tutmuş, alıcılara göstərilən xidmətə qədər. Ona görə də kim necə gəldi xidmət göstərir, kim necə gəldi şərtlər qoyur, girov götürür. Bu baxımdan, fikrimcə, lombardların fəaliyyəti Qazaxıstan və Rusiyada olduğu kimi qanunla tənzimlənməlidir. Orada lombard fəaliyyəti lisenziyalaşdırılıb və onların fəaliyyətinə dövlət qurumu (Mərkəzi Bank) nəzarət edir. Əvvəl bizdə də Maliyyə Nazirliyi müəyyən qədər nəzarət edirdi”.

Azərbaycanda isə Nazirlər Kabinetinin Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında 20. 04. 1998-ci ildə qəbul olunmuş qərarı olsa da, bu qərar artıq qüvvədən düşüb. Hazırda lombardlara nəzarət edən hər  hansı bir qurum, ya orqan yoxdur. Mərkəzi Bankın İdarə Heyətinin 28.10.2014-cü il tarixli 24/3 nömrəli Qərarı ilə “Lombardlar və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər tərəfindən ”Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi Qaydaları" ləğv edilib. Mərkəzi Bankın İdarə Heyətinin 28.10.2014-cü il tarixli 24/2 nömrəli Qərarı ilə “Prosessinq fəaliyyətinə icazənin verilməsi və nəzarət Qaydaları” qəbul edilib. (“Yeni Müsavat”)


Lombardların yenidən “çiçəklənmə” dövrü başlayır - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • VI Yaş Barıt Festivalının ən iyrənc siması yenidən Trump oldu - FOTO
    ABŞ Prezidenti Donald Tramp ikinci dəfə Beynəlxalq Yaş Barıt Festivalının ən iyrənc imici mükafatını qazanıb.
     18.07.2018
    Qənirə Paşayeva: “Musiqidən başı çıxan insan Üzeyirə qulaq asmaz” - VİDEO
    Millət vəkili Qənirə Paşayeva ötən gün "Onda başladıq” proqramında qonaq olub.
     18.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ