1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.05.2017 09:57:14

Liviyada 2 rəqib qruplaşma arasında toqquşma baş verib.

İslamazeri.com-un “Reuters” agentliyinə istinadən verdiyi xəbərə əsasən, Liviyanın cənubunda silahlı toqquşma baş verib. İnsident nəticəsində azı 60 nəfər həlak olub. Bu haqda hərbi və tibbi mənbələr məlumat verib.

Brak-əş-Şato aviabazasına nəzarət edən Liviya Milli Ordusunun nümayəndəsi bildirib ki, obyektə rəqib qruplaşmadan olan silahlılar hücum edib.

Yerli tibb işçiləri bildiriblər ki, xəstəxanaya 60 cəsəd gətirlib: həm hərbçi, həm də dinc sakin cəsədləri. Bazanı müdafiə etmiş briqadanın komandiri isə 80-dan çox ölünün olması haqda bildirib.

Qeyd edək ki, hazırda Liviyada 2-hakimiyyətlilik hökm sürür: ölkənin şərqindəki Tobruk şəhərində xalq tərəfindən seçilmiş parlament, qərbində paytaxt Tripolidə isə BMT və Avropanın dəstəyi ilə formalaşdırılmış və Faez Sərracın başçılıq etdiyi Milli Birlik Hökuməti hökm sürür.

Ölkənin şərq hissəsindəki hakimiyyət Tripolidə müstəqil olaraq fəaliyyət göstərir və Xəlifə Həftarın başçılıq etdiyi milli ordu ilə əməkdaşlı edir.


Liviyanın cənubunda silahlı toqquşma: Onlarla ölü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Suriya ordusu Qəryəteyn şəhərini İŞİD-dən tamamilə azad edib
    Bu gün səhərdən başlamış yekun əməliyyatla şəhərə nəzarət tam bərpa edilib.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ