1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:08.05.2019 14:44:45

UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün yarımfinal mərhələsinin cavab qarşılaşması keçirilib.

UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün yarımfinal mərhələsinin cavab qarşılaşması keçirilib.

Baku.ws xəbər verir ki, İngiltərənin “Liverpul” klubu səfərdə İspaniyanın “Barselona” komandasına 3:0 hesabı ilə məğlub olmasına baxmayaraq cavab görüşündə istədiyi nəticəni əldə edib.

Ev sahibi matçın 7-ci dəqiqəsində Divok Oriqi ilə hesabı açıb. Növbəti qol qarşılaşmanın ikinci hissəsinin 54-cü dəqiqəsinə təsadüf edib. “Liverpul”un futbolçusu Corginio Vijnaldum hesabı 2:0 çatdırıb. Qoldan 2 dəqiqə sonra “Liverpul” hesab arasındakı fərqi üç topa çatdırıb. Bu dəfə də Corginio Vijnaldum qapıya yol tapa bilib.

Ev sahibi oyunun 79-cu dəqiqəsində katalonyalıların qapısından 4-cü topu keçirərək sessasiyaya imza atıb. Divok Oriqi hesabı 4:0 çatdıran qolu vurub. Bu nəticə ilə “Liverpul” UEFA Çempionlar Liqasının 2018-2019-ci il mövsümünün finalına vəsiqə qazanıb.

Mərhələnin ikinci yarımfinalı Hollandiyada təşkil olunacaq. “Ayaks” İngiltərənin “Tottenhem” komandasını qəbul edəcək.


“Liverpul” möcüzəni gerçəkləşdirdi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ