EURO 1,9856 NEFT 48,69
USD 1,7012 RUB 0,0286
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:17.07.2017 15:07:19

Livanın “Əməl” hərəkatının vitse-prezidenti müqavimətin zəruriliyindən söz açıb.

İslamazeri.com “Mehr”-ə istinadən xəbər verir ki, müqavimətin bölgədə qoyduğu təsirlər barədə açıqlama verən Səlah Fəhs bildirib: “Əgər müqavimət olmasaydı İsrail bu günkü işğalçılıqlarına Fələstinlə kifayətlənməyəcəkdi. Ərəb ölkələrinin əksəri İsrailin müqavimət əleyhinə olan addımları qarşısında düşmənlə həmkarlıq etdilər. Müqavimət, İsrailin ərazisinin artmasına mane oldu, elə bu səbəbdən bu məsələ onların qəzəbinə tuş gəlib. İsrail, strategiyalarının müqavimət tərəfindən pozulacağına inanmırdı. İsrailin müqavimət əleyhinə olan addımları 2006-cı ildə etibarən ciddi mərhələyə başlayıb. Müqavimət olduqca İsrail heç bir qələt edə bilməz.”

“Hizbullah” lideri Seyid Həsən Nəsrullah və İran İslam İnqilabının Ali Dini Lideri Ayətullah uzma Xameneinin müqavimətə verdiyi dəstək barədə fikirlərini bildirən Fəhs deyib: “Müqavimət cəbhəsi Suriyada uğurlar qazanıb. Suriya dövləti bütün dünya ilə mübarizə aparır. Bu müqavimət nümunəsi digər ölkələrə də ötürülsə Seyid Həsən Nəsrullahın dediyi “İslam ordusu” məsələsi reallaşacaq. İmam Xamenei dəfələrlə ölkəsinin müqavimətə verdiyi dəstəyə işarə edib.  Biz Tehrann bölgədə olan müqavimətə verdiyi dəstəkdən xəbərdarıq. Ümid edirik ki, bu yol davamlı olacaq. İsrail daim İranın müqavimətə verdiyi dəstəkdən narahat olub. Bölgənin hazırki problemi İsrailin müstəqil ölkə yaratmaq xəyallarıdır. İran İsrailin bu xəyalına maneədir. Çünki İran Fələstin məsələsini islam dünyasının ən mühüm məsələsi olaraq gündəmə gətirib.”


Livanın "Əməl" hərəkatı rəsmisi: Belə olarsa Nəsrullahın dediyi “İslam ordusu” məsələsi reallaşacaq...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya ordusu İraq sərhədi üzərində nəzarəti geri qaytarır
    Rusiya Silahlı Qüvvələrinin nümayəndəsi Suriya ordusunun uğurları barədə məlumat verib.
     24.07.2017
    İsrail: Müsəlmanlar arasında müharibə ən böyük strategiyadır ki...
    İsrailin silahlı qüvvələrinin başçısı müsəlmanarın daxili savaşlarından söz açıb.
     24.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ