1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:01.02.2019 10:38:41

Livanda 9 aydan sonra hökümət qurulub

İslamazeri.com xəbər verir ki,  "Əl Müstəqbəl" partiyasının lideri, Səəd Həriri dünən Livan prezidenti Mişel Aunla prezident sarayında görüşərək, öz hökümət siyahısını ona təqdim edib.

Həriri hökümətinin "investisiya və xidmət höküməti" olduğunu açıqlayaraq "Mənim höküməttəki vəzifəm asan olmayacaq, ancaq məsuliyyəti üzərimə götürməkdən başqa çıxış yolum yoxdur", -deyə əlavə edib.

Qeyd edək ki, ötən ilin may ayından bu günə kimi hökümətin qurulmamasının səbəbi Səəd Həririnin "sünni nazir"lərin ancaq öz partiyasından olmasını tələb etməsi, Hizbullahın isə müstəqil sünnilərin də hökümətdə təmsil olunması fikirlərini müdafiə etməsi idi. "Əl Əxbar" qəzetinin bildirdiyinə görə, iki gün öncə bu problem həll olub və Həriri digər sünni qruplardan da nazirlərin təmsil olunmasına razılıq verməsilə hökümətin qurulmasına səbəb olub.

Livan nazirlər kabineti (ad və təmsil olduğu qrup və ya partiyalar)

Səəd Həririnin lideri olduğu "Müstəqbəl" partiyası

Səəd Həriri - Baş nazir

Violet Safedi - Qadın və gənclərlə əlaqəli dövlət naziri

Məhəmməd Şukayr - Rabitə naziri

Raya Hasan - Daxili işlər naziri

Camal Cərrah - İnformasiya naziri

Cubran Basilin lideri olduğu Milli Azadlıq Hərəkatı

Gassan Ataullah - Qaçqınlarla iş üzrə nazir

Saleh Aridi - Dövlət naziri

Pier Sarhan - Ədliyə naziri

Avadis Keydanian - Turizm naziri

Mansur Batiş - İqtisadiyyat naziri 

Fadi Cureysani - Ətraf mühit naziri

İlyas Bu Saab - Müdafiə naziri 

Nida Bustan - Energetika naziri 

Səlim Cureysani- Prezidentin işlərindən məsul nazir

Cubran Basil - Xarici İşlər naziri

Hizbullah

Cəmil Cubuk - Səhiyyə naziri

Məhəmməd Funeyş - Gənclər və İdman naziri

Məhəmməd Qamati - Parlament işlərindən məsul dövlət naziri 

Nəbih Bərrinin lideri olduğu "Əməl" hərəkatı

Həsən Xəlil - Maliyyə naziri

Məhəmməd Davud - Mədəniyyət naziri

Samir Cacanın lideri olduğu Livan Gəncləri

Gassan Hasbani - baş nazirin müavini

Rişa Kavmisiyan - Sosial işlər naziri

Kumeyl Əbu Süleyman - Əmək naziri

May Şadyak - İnzibati İnkişaf naziri

Velid Canpolad liderİ olduğu Sosialist partiyası

Əkrəm Şuheyb - Təhsil naziri

Vail Əbu Faur - Sənaye naziri

Süleyman Franciye lideri olduğu Marada partiyası

Yunus Finyanus - Biznes naziri

Müstəqil

Həsən Murad - Xarici siyasətdən məsul dövlət naziri


Livanda 9 aydan sonra hökümət quruldu - NAZİRLƏRİN SİYAHISI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir
    Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.
     01.08.2020
    Azərbaycanda koronavirusdan sağalanların sayı artır: 279 yoluxma, 592 sağalma
    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     01.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ