1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.11.2017 10:12:13

Maronit xristianların lideri səfəri zamanı istefa vermiş Baş nazir Səəd Həriri ilə görüşəcək.

Livanın xristian maronit patriarxlığının rəhbəri dünən Səudiyyə Ərəbistanına tarixi səfərə gedib.

İslamazeri.com "Reuters"-ə istinadla xəbər verir ki, Patriarx Bəşəra ər-Rai səfər çərçivəsində Səudiyyə Ərəbistanında saxlanılan Livanın Baş naziri Səəd Həriri, Kral Salman və oğlu vəliəhd şahzadə Məhəmməd ibn Salmanla görüşəcək.

"Əlbəttə ki, Həririnin istefası Livan xalqını təəccübləndirdi, kədərləndirdi, həmçinin böhrana səbəb oldu. Ümid edirəm ki, səfərim əsnasında bu mövzuda onunla danışa bilərəm", - deyə patriarx jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, qeyri-müsəlman dini liderlərin Səudiyyə Ərəbistanına səfəri nadir hallarda baş verir. Bu da noyabrın 4-də Baş nazir Səəd Həririnin istefasından sonra Livandan Səudiyyə Ərəbistanına reallaşan ilk yüksəkrütbəli rəsmi səfərdir.

Bildirək ki, Patriarx Bəşəra ər-Rai Livan, Suriya və Kiprdə yaşayan maronit xristianlarının lideridir. Livanda 900 minədən maronit xristian yaşayır ki, bu da ölkə əhalisinin dörddəbiri deməkdir.


Livan patriarxı Səudiyyə Ərəbistanına tarixi səfər edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 191 dövlət əmlakı satışa çıxarılacaq
    Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən martın 27-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.
     19.02.2018
    Zərif İsrailin
    İsrail və ABŞ-ın ara-sıra İran İslam Respublikasının Suriyada hərbi bazasının varlığıyla bağlı açıqlamalarına İranın XİN başçısı cavab verib
     19.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ