1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.10.2018 15:15:47

Bakının Xətai rayon məhkəməsi oktyabrın 12-də Müsavat Partiyasının fəalı Azad Həsənovu həbs edib, bu barədə Turan-a onun vəkili Osman Kazımov bildirib.

Bakının Xətai rayon məhkəməsi oktyabrın 12-də Müsavat Partiyasının fəalı Azad Həsənovu həbs edib, bu barədə Turan-a onun vəkili Osman Kazımov bildirib.

Müdafiəçisinin sözlərinə görə, Həsənovun həbs edildiyini ona Xətai rayon polis idarəsindən bildiriblər. İstintaq Bakı şəhər Baş Polis İdarəsində aparılır. Amma hələlik Həsənovun nədə ittiham edildiyi və hansı müddət üçün həbs edildiyi məlum deyil. Vəkilə yalnız bildiriblər ki, fəal Kürdəxanı İstintaq Təcridxanasına salınıb.

Azad Həsənov 2014-cü ildə Azərbaycana mühacirət edib və Litvadan siyasi sığınacaq alıb. Oktyabrın 11-i gecə o, atasının vəziyyətinin ağır olması ilə əlaqədar Bakıya gəlib və günorta artıq mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Yalnız bu gün hüquq-mühafizə orqanları rəsmi olaraq fəalın həbs edildiyini vəkilə təsdiq ediblər.

Fəal sosial şəbəkələrdə siyasi məhbusların təqibinə görə Azərbaycan hakimiyyətini fəal şəkildə tənqid etməsi ilə məşhurdur.


Litvadan gəlmiş siyasi mühacir həbs edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran ABŞ casusunu edam etdi
    Edam edilən şəxs İran MN-in aerokosmik sektorunun keçmiş əməkdaşı olub.
     14.07.2020
    Düşmənin kapitan və mayoru məhv edildi - İtkilərini gizlədə bilmir...
    İşğalçı Ermənistan rejiminin mayor və kapitanı öldürülüb.
     14.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ