1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:19.01.2017 15:42:59

“Kaspersky Lab” şirkətinin apardığı yeni araşdırmanın nəticələrinə əsasən, əksər istifadəçilər üçün sosial şəbəkələrdə həyat pis əhval-ruhiyyə və məyusluqla assosiasiya olunur

İslamazeri.az-ın verdiyi xəbərə görə, sorğuda iştirak etmiş respondentlərin 42%-i etiraf edib ki, paylaşımları daha böyük maraqla qarşılanan dostlarına həsəd aparırlar. Onların əksəriyyəti postları və fotoları gözlədiklərindən az “like” topladıqda kədərlənirlər. 

İnsanlar sosial şəbəkələrə müəyyən müsbət məqsədlərlə üz tutur: 65% istifadəçi dostları və həmkarları ilə əlaqə saxlamaq, 60%-i isə əyləncəli və maraqlı paylaşımlardan xəbərdar olmaq üçün sosial şəbəkələrə daxil olur. İstifadəçilər öz hesablarını formalaşdırmaq üçün kifayət qədər çox vaxt sərf edirlər. Ən çox paylaşılan kontent sırasında məzuniyyətdə çəkilmiş fotolar (61%) və müsbət emosiya yaradan informasiyalar (43%) yer alır. 

Əslində isə sosial şəbəkələrdə həyat bir çox qıcıqlandırıcı məqamlarla yadda qalır: burda ilk sıranı təbii ki, reklam tutur (bu, respondetlərin 72%-ni təngə gətirir), lakin bir çox xoşagəlməz faktorlar istifadəçinin yaxın ətrafından asılı olur. Demək olar ki, hər kəs əsəbləşə bilər: dəvət olunmadığı şənlikdən fotolar (respondentlərin 59%-i etiraf edir ki, bu, onların əhvalını korlayır), dostların məzuniyyətdən fotoları (45%), hətta özlərinin vaxtilə paylaşdıqları xoşbəxt xatirələrə baxdıqda belə, əvvəl daha yaxşı yaşadıqlarını düşünərək məyus olurlar (37%).

 Sosial şəbəkələr üzrı aparılan öncəki araşdırmalar onu göstərir ki, insanların 78%-i həyatında ən azı 1 dəfə bu xidmətlərdən imtina etməyi düşünüb. Onları bu qərardan əsasən dostları ilə əlaqəni itirmək və şəxsi “rəqəmsal xatirələri”: postlar, fotolar, video-çarxlar və s. itirmək qorxusu saxlayır.  

 “Kaspersky Lab” şirkətinin sosial media idarəetməsi üzrə rəhbəri Yevgeni Çereşnev bildirib: “Sosial şəbəkələrlə münasibətimiz xoşagəlməz hal almağa başlayır. Biz bu cür saytları xoş xəbərlər almaq üçün istifadə edirik, eynilə də digərləri. Biz sevincdolu post və fotolarla əhatə olunuruq. Dostlarımızın bizdən daha xoşbəxt həyat sürdüyü qənaətinə gəlirik. Bu səbəbdən insanlar özlərini depressiv hiss edir və sosial şəbəkələri tərk etməyi düşünürlər. Lakin bu məqamda biz tələyə düşürük: bu platformalarda kifayət qədər dəyərli xatirələrimiz mövcud olur və biz onları itirməkdən qorxuruq”.


“Like” hərisliyi depressiya və məyusluğa səbəb olur - STATİSTİKA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-da müsəlman icması bu yolla yoxsul ailələrə sevinc bəxş etdi
    ABŞ-ın Vokiqan şəhərini müsəlmanları ehtiyyacı olan ailələri sevindiriblər.
     16.08.2017
    Binəqədi, Mehdiabad və Novxanıya dörd milyon manat ayrılıb
    İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
     16.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ