1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:04.07.2020 05:46:28

Bu fikirləri İmmiqrasiya Araşdırmaları Mərkəzi araşdırıb

İslamazeri.com az.shafaqna.com-a ə istinadən xəbər verir ki, liberalların fikirləri “öz həmvətənlərinə ümumilikdə və xüsusilə də işçi sinfindən olan ağlara qarşı nifrətlə qidalanır”.

Bu fikirləri İmmiqrasiya Araşdırmaları Mərkəzi səsləndirib.

ABŞ-ın Breatbart nəşrində qeyd edilir ki, liberalların dünyaya dair təsəvvürlərində “tənbəl və imtiyazlı amerikalılar” “immiqrantlar qarşısında dərin hörmətlə” uyğun gəlir.

Rasmussen İnstitutu 23-28 iyun tarixlərində sorğu keçirib. Sual isə belə olub: “Deyirlər ki, mühacirlər tikinti, texnologiya, qonaqcıllıq və xidmət sahəsində işləyirlər. Bu sahələr amerikalıları maraqlandırmayan sahələrdir. Əgər maaş və iş şəraiti yaxşılaşarsa, amerikalılar bu işlərdə çalışmağa razı olarlarmı, yoxsa amerikalılar, əsas etibarı ilə, belə bir işləri yerinə yetirməyə hazır deyil?

Əksəriyyət etiraf edib ki, əgər maaş və iş şəraiti yaxşılaşarsa, onların həmvətənləri bu sahələrdə işləyərlər. Seçicilərin 54%-i, respublikaçıların 70%-i, mühafizəkarların 67%-i belə hesab edir, lakin liberalların cəmi 34%-i və demokratların cəmi 41%-i bu fikirdədir.

Sadəcə bu işi yerinə yetirməyə hazır olan amerikalılar çatışmır” nöqteyi-nəzərini isə demokratların 45%-i, liberalların 51%-i, ali məktəb bitirmişlərin 38%-i və respublikaçıların cəmi 19%-i və mühafizəkarların cəmi 20%-i dəstəkləyib.

Demokratların 14%-i və liberalların 15%-i cavab verməkdə çətinlik çəkib.

Gəliri 50000-100000 dollar arası olan vətəndaşların 53% və 200000 dollardan çox qazananların cəmi 48%-i “amerikalılar daha yaxşı maaşlar işləməyə razı olarlar” fikrini dəstəkləyib.

Amerikalılar ağır, təhlükəli və ya çirkli işlərdə işləməyəcəklər iddiası bu məlumatlarla təkzib edilir.

Əgər immiqrantlar “amerikalıların etməyə hazır olmadıqları işi edirlərsə”, biz əcnəbilərin çoxluq təşkil etdiyi peşələri müəyyən etməliyik”, - deyə İmmiqrasiya Araşdırmaları Mərkəzinin hesabatında qeyd edilir.

474 vətəndaş peşəsindən cəmi 6-da işçilərin əksəriyyətini (leqal və qeyri-leqal) mühacir işçilər təşkil edir. Bu 6 peşə bir yerdə ABŞ-dakı ümumi işçi qüvvəsinin 1%-ni təşkil edir. Bundan başqa, hətta həmin bu işlərdə belə anadangəlmə amerikalılar hələ də işçilərin 46%-ni təşkil edir.

Qeyri-qanuni mühacirlərin çoxluq təşkil etdiyi peşə isə ABŞ-da mövcud deyil.

Qeyri-leqal immiqrantlar əsasən tikinti, təmizlik, texniki xidmət, küçə qidalanması, tikiş istehsalı və kənd təsərrüfatı işlərində məşğuldurlar. Bununla belə, hətta bu sahələrdə belə işçilərin əksəriyyətini ya yerli amerikalılar, ya da leqal mühacirlər təşkil edir.

Demokratlar və liberallar, xüsusən də ağ liberal elitanın amerikalı işçilərin maaşının artırılmasının əvəzinə, kütləvi immiqrasiyanı üstün tutması təəssüfə layiqdir”, - deyə immiqrasiyanın məhdudlaşdırılması hərəkatı “NumbersUSA” direktoru Rozmari Cenks bildirib.

Qoy sosial ədalətin qatı tərəfdarları öz qapalı dünyacıqlarından çıxıb, baxışlarının sadə amerikalılara təsirini görsünlər”, - deyə o qeyd edib.


Liberallar amerikalıları çox tənbəl hesab edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan sərhədini qeyri-qanuni keçən əcnəbilər saxlanılıb - VİDEO
    Onlar 4-5 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
     14.08.2020
    Ərəb Əmirliyi İsraillə əlaqələri rəsmi olaraq normallaşdırdı - İLK REAKSİYALAR
    Razılaşma sənədində İsrail və BƏƏ arasında münasibətlərin bərpa ediləcəyi qeyd edilir.
     14.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ