EURO 2,0067 NEFT 75,3
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.10.2017 14:31:29

İranlı spiker ABŞ-ın nüvə anlaşması ilə bağlı mənfi addımına cavab veriləcəyini bildirib.

İran parlamentinin spikeri Əli Laricani bəyan edib ki, əgər ABŞ İranla nüvə anlaşmasını əks etidrən Birgə Hərətərəfli Fəaliyyət Planını (BHFP) şərtlərini icra etməkdən boyun qaçırarsa, onda bu müqavilə İran üçün mənasını itirəcək.

İslamazeri.com Rusiya KİV-nə istinadla xəbər verir ki, bu sözləri İran rəsmisi rusiyalı həmkarı Vyaçeslav Volodinlə bugünkü görüşü zamanı deyib.

Laricani qeyd edib ki, İran bu anlaşmanın əldə edilməsi üçün böyük zəhmətlər çəkib və Rusiyadan anlaşma ətrafında yaranmış böhranın həll edilməsində vasitəçi olmağı xahiş edir.

"Əgər onlar müqaviləni pozmaqla bağlı hər hansı addım atsalar, onda bu anlaşmadan geriyə heç nə qalmayacaq və beynəlxalq arenada yeni məsələ gündəmə gəlmiş olacaq", - deyə Laricani vurğulayıb. İranlı spiker ölkəsinin ABŞ-a lazımi şəkildə cavab verəcəyini də diqqətə çatdırıb.

Bildirək ki, bu gün ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyasını elan etməyə hazırlaşır və bu strategiyanın Vaşinqtonun İranla əldə edilmiş nüvə anlaşmasına təsir edəcəyi gözlənilir.


Əli Laricani: ABŞ nüvə anlaşmasını pozsa, bu müqavilə ləğv olunacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın neft ixracatı azalıb
    İranın iyun ayının ilk yarısında xam neft ixracatı azalıb.
     18.06.2018
    Türk general Karakuş: S-400 sazişi ABŞ-ın təhdidlərinə reaksiyadır
    Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş generallarından Ərdoğan Karakuş Rusiyadan S-400 raketləri alqı müqaviləsinin ABŞ təhdidlərinə göstərilən reaksiya olduğunu bildirib.
     18.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ