EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.10.2019 19:07:17

Ölkənin Baş Prokurorluğu bazar ertəsi qəribə bəyanatla çıxış edib, 19 oktyabr mitinqi zamanı AXCP liderinin özünün polislərə hücum etdiyini bildirib.

Ölkənin Baş Prokurorluğu bazar ertəsi qəribə bəyanatla çıxış edib, 19 oktyabr mitinqi zamanı AXCP liderinin özünün polislərə hücum etdiyini bildirib.

"Əli Kərimli yaşadığı evdən çıxaraq razılaşdırılmamış mitinqin keçirildiyi əraziyə doğru irəliləyib açıq çağırışlar etdiyindən onun ictimai qaydanı qəsdən pozmaq cəhdinin, insanlar arasında yarana biləcək qarşıdurmanın, əhalinin rahatlığının pozulmasına yönələn hərəkətlərinin qarşısını almaq və inzibati məsuliyyətə cəlb etmək məqsədi ilə ərazidə xidmət edən polis əməkdaşları onu xidməti avtobusa mindiriblər. Həmin vaxt Əli Kərimli polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda ifadə olunan hərəkətlərə yol verərək, onların ünvanına nalayiq söyüşlər işlədib, iki polis əməkdaşına müqavimət göstərərək onlara xəsarətlər yetirib, müqavimətini davam etdirib polis əməkdaşlarını itələyərək avtobusdan enməyə və provakasiyaya cəhd edərək başı nahiyəsini avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub, nəticədə alın nahiyəsindən xəsarət alıb", deyə bəyanatda qeyd edilir.

Daha sonra prokurorluq bildirir ki, "Xətai Rayon Polis İdarəsinə gətirilmiş Əli Kərimliyə dərhal ilkin tibbi yardım göstərilib, məhkəmə-tibb eksperti tərəfindən müayinə edilib və baş nahiyəsində olan xəsarətin xarakterinə və lokalizasiyasına görə polis əməkdaşlarına müqavimət göstərərkən özü tərəfindən avtobusun dəmir barmaqlıqlı qapısına vurması nəticəsində törənməsi ekspertiza rəyində öz əksini tapıb".

Elə həmin məhkəmə-tibb ekspertizası polislərin bənində Kərimli tərəfindən yetirilmiş xəsarətləri aşkar edib.

Məlumatın sonunda Baş Prokurorluq bildirir ki, "Polis əməkdaşları tərəfindən hər hansı güc tətbiqinə və zorakı hərəkətlərə yol verilməyib".


Əli Kərimli özü başını avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub - Prokurorluq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Baş nazirdən Maliyyə Nazirliyi ilə bağlı - QƏRAR
    Nazirlər Kabinetinin “Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2016-cı il 11 avqust tarixli, 300 nömrəli qərarında dəyişiklik edilib.
     14.11.2019
    Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” - VİDEO
    ARB TV-nin "Rezonans” proqramında bu dəfə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olan, 1994-cü il təvəllüdlü məhkum Arsen Baqdasaryan Eduardoviç öz həyat hekayəsini danışıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ