EURO 2,0209 NEFT 56,24
USD 1,7007 RUB 0,0292
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.01.2017 17:46:57

Bu haqda onun vəkili Toğrul Babayev bildirib.

Qaradağ Rayon Məhkəməsi yanvarın 10-u sabiq səhiyyə naziri Əli İnsanovun həbs müddətinin uzadılmasına qərar verib.

Bu haqda onun vəkili Toğrul Babayev bildirib.

Müdafiə tərəfinin arqumentlərini qəbul etməyən məhkəmə prokurorluğun təqdimatını uyğun bilib. Sabiq nazirin məhkəməyə qədər həbs müddəti daha 2 aylığa uzadılıb.

 

Xatırlatma

 

Ə. İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub.

Ancaq azadlığa çıxmasına bir neçə ay qalmış - ötən il avqustun 24-də Ə.İnsanova yeni cinayət işi açılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.

Qaradağ Rayon Məhkəməsi avqustda keçmiş səhiyyə nazirinin məhkəməyə qədər 3 ay həbsdə tutulmasına qərar vermişdi. Həmin qərarda qeyd edilirdi ki, Ə. İnsanov xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoruna zor tətbiq edib, onun boğazını sıxıb, poqonlarını qoparıb.

Ə.İnsanov ittihamları qəbul etmir. Bunu onu həbsdə saxlamaqdan ötrü düşünülmüş ssenari sayır.

Oktyabrda sabiq nazirin həbs müddəti daha 3 aylığa artırılmışdı.

Həmin müddət sabah, yanvarın 11-də başa çatırdı.

Ə. İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə mənimsəmə, vəzifə səlahiyyətini aşma və başqa ittihamlarla üzləşən sabiq nazir 11 il azadlıqdan məhrum olunub.


Əli İnsanovun həbs müddəti növbəti dəfə artırıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xameneinin müşaviri: Trampın çıxışı İran qarşısında almış olduğu məğlubiyyətlərin kompensasiya edilməsi məqsədilədir
    İran İslam İnqilabı Rəhbəri Ayətullah Xameneinin beynəlxalq işlər üzrə müşaviri Əli Vilayəti ABŞ Prezidenti Donald Trampın BMT-dəki çıxışının bu ölkənin İran İslam Respublikası qarşısında almış olduğu məğlubiyyətlərin kompensasiya edilməsi məqsədilə edildiyini deyib.
     21.09.2017
    Deyr əz-Zorda 850 İŞİD terrorçusu öldürüldü
    Rusiya Müdafiə Nazirliyinin verdiyi bəyanatda, Suriyanın Deyr əz-Zor bölgəsində 850 terrorçunun öldürüldüyünü bildirib.
     21.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ