EURO 1,955 NEFT 79,71
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:09.11.2017 15:53:43

2414 Dəfə oxundu.

İstanbul məhkəməsi mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin bir neçə gün əvvəl saxlanılan qardaşı Namiq Canıyev barəsində həbs qətimkan tədbiri seçib.

Rusiya mediası xəbər verir ki, məhkəmə bir neçə gün əvvəl İstanbulda saxlanılan Namiq Canıyev və onun rəhbərlik etdiyi dəstə üzvlərinə 4 aylıq həbs cəzası kəsib.

Qeyd edək ki, Namiq Canıyev və dəstəsi noyabrın 2-də Türkiyə polisinin İstanbulun Bakırköy səmtindəki “Ömür” Ticarət Mərkəzində həyata keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıblar.

Məlumata görə, Namiq Canıyevin də daxil olduğu 13 nəfərlik killer dəstəsi uzunmüddətli həbsdən çıxmış kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) evinə basqın hazırlamaqda ittiham olunur. Onların məqsədi Lotu Quli ilə məsələni birdəfəlik “çürütmək” istəyiblər.

Canıyevin mobil telefonunun yaddaşından götürülən şəkillər də təsdiqləyir ki, dəstə nəzərdə tutulan hücuma ciddi hazırlaşıb. Həmin şəkillər arasında Lotu Qulinin qaldığı evin detallı sxemi də olub.

Bununla belə, Türkiyənin nüfuzlu “Hürriyet” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Canıyev İstanbula 3 yaxın adamı ilə gəlib. O, İstanbula gəldikdən sonra Türkiyənin “Şirinlər” kriminal qruplaşmasının Maks ləqəbli lideri Mehmet Səbri ilə əlaqə yaradaraq, Lotu Qulinin aradan götürülməsi planını müzakirə edib.

Bildirilir ki, Canıyev Lotu Qulinin öldürülməsi qarşılığında Səbriyə 5 milyon dollar vəd edib. Tərəflərin məhz bu sövdələşmənin detallarını müzakirə etmək üçün “Ömür” Ticarət Mərkəzindəki restoranda bir araya gəldikləri vurğulanır.

Türkiyə polisinin həmin ticarət mərkəzində keçirdiyi əməliyyat zamanı isə Canıyev, Mehmet Səbri Şirin, Hacı Beyləqanski də daxil olmaqla 13 nəfər saxlanılıb. Onlardan 9 ədəd odlu silah və patron götürülüb.(Yenicag.az)


Lənkəranskinin qardaşının həbs cəzası açıqlandı

2414 Dəfə oxundu.

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Prezident bu şəxslərin maaşlarını artırdı: 2000 manat
    İlham Əliyev Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
     18.10.2018
    Bakı metrosunda sıxlıq yarandı - Sərnişinin ayağı əzildi
    "Bu gün səhər saatlarında metronun 20 yanvar stansiyasında qatarlarda gecikmə olub".
     18.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ