1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:11.01.2017 12:29:17

Lənkəranda 4 il əvvəl itkin düşən bacısını öldürməkdə təqsirləndirilən şəxs həbsdən buraxılıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 2012-ci ildə itkin düşən 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın meyitinin tapılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Qızın öldürülməsində şübhəli bilinərək saxlanılan qardaşı Fuad Ağayev isə meyit tapılanadək ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılıb. O, bu müddət ərzində polis nəzarətində olacaq.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, 2012-ci ildə Lənkəranın Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın itkin düşməsi barədə axtarış elan olunub. Həyata keçirilən istintaq hərəkətlərindən sonra axtarılan şəxsin qardaşı, 28 yaşlı Fuad Ağayev şübhəli şəxs qismində saxlanılıb. İstintaqa verdiyi ifadəsində F.Ağayev ailə münaqişəsi zəminində bacısını daşla döyərək öldürdüyünü və meyitini qəsəbə ərazisində yaşayış olmayan yerdə basdırdığını boynuna alıb.
Lakin cinayəti törətmiş şəxsin göstərdiyi yerdən T. Ağayevanın meyiti aşkarlanmayıb.
F. Ağayev daha sonra ifadəsində meyitin qalıqlarını dənizə atdığını deyib.

Qeyd edək ki, hadisədən sonra onu axtarmaq üçün jurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu verilişə çıxıb. Digər bacısı ilə telekanala müraciət edən F.Ağayev ölən bacısının fotosunu nümayiş etdirib və onun tapılması üçün tamaşaçılardan kömək istəyib.

Hazırda istintaq tədbirləri davam etdirilir.


Lənkəranda bacısını öldürdüyünü etiraf edən şəxs sərbəst buraxılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səfir:  Danimarka Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
    Danimarka Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
     26.03.2017
    Ərəb kralları Hüsnü Mübarəklə telefon əlaqəsi qurdular
    Ərəb dünyasının krallarından bəziləri Misir diktatoru Hüsnü Mübarəklə telefon bağlantısı yaradıblar
     26.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ