1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:13.04.2020 16:25:33

Ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunmağa başladıqdan bu günə qədər paytaxtda və ölkənin müxtəlif bölgələrində fərdi və ya qrup halında fərqli şəxslər tərəfindən bu cür yardım kampaniyaları təşkil olunur

İslamazeri.com xəbər verir ki, dindar kəsim tərəfindən, xüsusi karantin rejiminin özü ilə gətirdiyi çətinliklərlə əlaqədar, imkansız ailələrə kütləvi yardım aksiyaları həyata keçirilib. Göstərilən yardımların təşviqat məqsədilə bəzisinin videoları, bəzilərinin isə fotoları çəkilərək sosial şəbəkələrdə yerləşdirilib. Həmin paylaşımların birinin qeyd bölməsində aşağıdakı ifadələr yer alıb: “Koronavirusla bağlı imkansızlara yardım kampaniyası. Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır. (Bəqərə 271) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın. (Maidə 48) Koronavirusla mübarizə çərçivəsində imkansızlara yardım aksiyamız davam edir. Hər bir əməl niyyətə bağlı olduğu üçün niyyətimizdən yalnız Uca Allah xəbərdardır. Bizim reklama ehtiyacımız yoxdur. Allah bizi riya və kibrdən uzaq etsin. Bu videoda göstərdiklərimiz etdiklərimizin mindən biridir.

Təşviqat və təbliğat baxımından hazırlanmış bu videomuza baxmaqla bütün imkanlı şəxslərdən yardım kampaniyasına qoşulmalarını rica edirik.” Yardım aksiyasını həyata keçirmişlər arasında bizə məlum olan qruplar:

 

Binəqədi, Came məscidi;

 

Biləcəri qəsəbəsində qruplar;

 

Sahil qəsəbəsi, Xanım Fatimeyi Zəhra (s.ə) məscidi;

 

Günəşli, Xanım Fatimeyi Zəhra (s.ə) məscidi;

 

Məşədi Dadaş məscidi;

 

İçərişəhər Cümə məscidi və Kral şirkəti;

 

Kirov qəsəbəsi, Xanım Zeynəb heyəti;

 

Qobu qəsəbəsi məscid dindarları;

 

Lökbatan qəsəbəsi məscid dindarları;

 

Onlara.de saytı ailəsi;

 

Boradiqah dindarları;

 

Göyçay dindarları;

 

Bülbülə dindarları və imkanlı şəxsləri və s.

 

Qeyd edək ki, koronavirusla əlaqədar ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunmağa başladıqdan bu günə qədər paytaxtda və ölkənin müxtəlif bölgələrində fərdi və ya qrup halında fərqli şəxslər tərəfindən bu cür yardım kampaniyaları təşkil olunur. Bu qürurlandırıcı fəaliyyətlər münasibətilə İslamazəri saytı olaraq öz adımızdan bütün yardımsevərlərə təşəkkürümüzü bildirir və tezliklə mövcud çətin vəziyyətin aradan qalxmasını Uca Allahdan diləyirik! Evdə qal, sağlam qal, Azərbaycan!


"Əl tutmaq Əlidən (ə) qalıb" - inanclıların koronavirusdan əziyyət çəkənlərə yardımları

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ