1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:03.02.2020 15:59:41

Yəməndə qərarlaşan "Ərəbistan yarımadasında Əl Qaidə" terror təşkilatı ötən ilin dekabrında Floridada (ABŞ) yerləşən hərbi bazaya hücuma görə məsuliyyəti boynuna götürüb.

İslamazeri.com Sputnik-ə istinadən bildirir ki, bu barədə ekstremistlərin aktivliyini monitorinq edən "SITE Intelligence Group" məlumat yayıb.

Eyni xəbəri "Reuters" də təsdiqləyir, agentlik terrorçuların səs yazılarına istinad edir. Ancaq qeyd olunur ki, terrorçular heç bir sübut göstərmirlər.

2019-cu ilin dekabrında Florida hərbi bazasında atışma zamanı 4 adam (o cümlədən atəş açan özü də) ölmüş, 8 nəfər yaralanmışdı. Hücum edənin hərbi bazada təlim keçən Səudiyyə Ərəbistanından olan hərbçi Muhammad Səid əl-Şəmrani olduğu bildirilmişdi. Bundan sonra Pentaqon Səudiyyə Ərəbistanından olan bütün hərbçilərin ABŞ-da operativ təlimlərinin qeyri-müəyyən vaxtadək dayandırıldığını bəyan etdi. Sonra əks-kəşfiyyat və təhlükəsizlik üzrə direktor Harri Rid bəyan etdi ki, bu ölkədən olan bütün kursantları yoxlayıb, amma "birbaşa təhdid" aşkar etməyib.


Əl-Qaidə: Floridadakı hərbi bazaya hücumu biz etmişik

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusa ən çox yoluxan 10 müsəlman ölkəsi
    worldometers saytı dünya üzrə rəsmi mənbələrə istinadla özünün onlayn cədvəlini hazırlayıb.
     02.04.2020
    İrana kömək təklif edən Tramp, Rusiyadan yardım istədi
    Tramp özü Putinlə danışdıqdan sonra Rusiyanın köməyi barədə həvəslə danışıb
     02.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ