1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:27.06.2019 13:41:57

İyunun 25-də 1 saylı Bakı Şəhər Kliniki Mərkəzinə qida zəhərlənməsi diaqnozu ilə 20 nəfər daxil olub

İyunun 25-də 1 saylı Bakı Şəhər Kliniki Mərkəzinə qida zəhərlənməsi diaqnozu ilə 20 nəfər daxil olub. Tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb.

Bakı Şəhər Prokurorluğunun məlumatında deyilir ki, istintaq müəyyən edib ki, həmin şəxslər Xətai rayonu Babək prospektində maşın bazarındakı "Qədir- Xum" obyektində dönər yedikdən sonra zəhərləniblər.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları dönərxanaya baxış keçiriblər və laborator müayinəsi üçün nümunələr götürüblər.

Fakt üzrə CM-in 314.1 maddəsi (səhlənkarlıq) ilə cinayət işi açılıb, təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir. (Turan)


Kütləvi zəhərlənmə faktı üzrə cinayət işi açılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ