1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.11.2017 15:15:04

Regional Ərbil hökuməti İraq konstitusiyası çərçivəsində Bağdadla yeni dialoqa başlamağı təklif edib.

İraq Kürdüstanının regional hökuməti sentyabrın 25-də keçirilmiş müstəqillik referendumu ilə bağlı İraq Ali Məhkəməsinin qərarını dəstəklədiyini bəyan edib.

İslamazeri.com "Rudaw"-a istinadla xəbər verir ki, regional hökumətin bu gün yaydığı bəyanatda deyilir ki, Ərbil İraq Ali Məhkəməsinin referendumun konstitusiyaya zidd olması barədə çıxardığı qərarı qəbul edir.

Regional kürd hökuməti, həmçinin Bağdadla dialoqa başlamaq və bütün ixtilaflı məsələləri danışıqlar yolu ilə həll etmək istədiyini ifadə edib.

"İnanırıq ki, bu addımımız Ərbillə Bağdad arasında daxili milli dialoqun başladılması üçün baza rolunu oynamalıdır. Bu dialoqlarda Konstitusiyadakı bütün maddələrin tətbiqi ilə bütün ixtilaflı məsələlər həllini tapmalıdır. Həmçinin bu dialoq Konstitusiyada qeyd olunan bütün hüquqlar, səlahiyyətlər və vəzifələrin təmin olunması yolu ilə keçirilməlidir. Çünki 1-ci maddədə vurğulandığı kimi bu, İraqın birliyini qorumaq üçün yeganə yoldur", - deyə Kürdüstan hökumətinin bəyanatında qeyd edilir.

Qeyd edək ki, İraqın Ali Məhkəməsi noyabrın 6-da çıxardığı hökmlə Kürdüstan muxtariyyətində keçirilmiş müstəqillik referendumunun ölkə konstitusiyasına zidd olduğunu bəyan edib.



Kürdüstan rəhbərliyi İraq məhkəməsinin qərarı ilə razılaşıb - Bəyanat

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zimbabve prezidenti istefa verəcək
    Robert Muqabe Zimbabve prezidenti postunu tərk etməyə razılaşıb
     19.11.2017
    Bu gün İmam Rzanın (ə.s.) şəhadət günüdür
    mam Rza (ə) vətəni Mədinədən çox uzaqlarda, Xorasanın Tus şəhərində qərib halda şəhid olduqdan sonra şəhərin adını Məşhəd, yəni “şəhid olunan yer” qoyublar.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ