1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:19.04.2017 10:57:10

Suriyanın Tabka şəhərində kürdlərlə İŞİD terrorçuları arasında şiddətli döyüşlər gedir.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, “Suriya Demokratik Qüvvələri” (SDQ) Suriyanın şimalında yerləşən Tabka və Raqqa şəhərlərinin alınması istiqamətindəki əməliyyatları davam etdirir. Onlar Tabka şəhərinin mərkəzinədək irəliləyə biliblər, 47 İŞİD terrorçusu məhv edilib. Beynəxalq koalisiyanın aviasiyası da SDQ-yə dəstək verir.

Qeyd edək ki, SDQ qüvvələrinin əsasını Suriya kürdlərindən ibarət dəstələr təşkil edir.

“SDQ döyüşçüləri Ayid Şahir rayonunda Tabkanın mərkəzinə doğru 1 km və İskəndəriyyə rayonunda isə 500 metr irəliləyiblər.”

2 kvartaldakı hərbi əməliyyatların bütün gün boyu davam etdiyi və onlarla İŞİD-çinin məhv edildiyi qeyd edilir.

Mühasirədən çıxmağa cəhd edən İŞİD terrorçuları Tabkadan cənubda yerləşən Ayid Kəbir kəndinə hücuma keçiblər. SDQ hücumu dəf edə bilib; daha 5 İŞİD terrorçusu da məhv edilib.

Ötən gün axşam saatlarında İŞİD şəhərdən şimal-qərbdə SDQ-ə mövqelərinə hücum edib. Kürdlər 2 terrorçu-kamikadzeni məhv edə biliblər. Hücumun qarşısının alınmasında beynəlxalq koalisiya da terrorçular zərbələr endirərək, yardım edib. Məlumata əsasən, binaların birində olan təxminən 20 terrorçu məhv edilib.

Tabkada gedən döyüşlərin davam etdiyi qeyd edilir.


Kürdlər 47 İŞİD-çini məhv etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ rəhbərliyindəki koalisiya Raqqada minlərlə dinc sakini qətlə yetirib
    Bəyanatda həmçinin Qərbin Suriya xalqına etdiyi humanitar yardımların tamamilə məqsədli dağıdıldığı və bu prosesdə Suriya xalqının yaxşı və pis olmaqla ikiyə ayrıldığı qeyd olunub.
     23.10.2017
    Kataloniya böhranında inadlaşma davam edir, xalq narahatdır - VİDEO
    Madrid rəhbərliyi isə Kataloniya böhranında ortaya qoyduğu laqeyd davranışını davam etdirir.
     23.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ