EURO 1,8399 NEFT 56,76
USD 1,7447 RUB 0,0304
  1. http://www.islamazeri.az/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:28.12.2016 14:32:45

Həsəd küfrün köklərindən biri sayılır. Təsadüfi deyil ki, kainatda yaranan ilk günah həsəd olmuşdur. Belə ki...

Qeyd etmək lazımdır ki, özünü islah etmək istəyən şəxs, ilk öncə bəyənilməyən və səhv olan işlərdən daxili və zahiri aləmini qorumalıdır. Bu mövzu bütün çirkinliklərin təməli sayılan küfrlə bağlı olduğundan küfrün köklərini bilmək zəruridir.

Həsəd küfrün köklərindən biri sayılır. Təsadüfi deyil ki, kainatda yaranan ilk günah həsəd olmuşdur. Belə ki, İblis Adəmə həsəd apardığı üçün əbədi lənətə düçar olaraq Allah dərgahından qovuldu. Yer üzündə baş verən ilk cinayətin özü də elə həsəddən törənmişdir. Adəmin övladı Qabil öz qardaşı Habilə həsəd apararaq onu qətlə yetirməklə cinayətin təməlini qoydu. Buna görə də Cəhənnəm əzabının yarısı ona nəsibdir. Həsəd aparan kəs bilməlidir ki, Haqq-Təalaya başqalarına nemət verdiyi üçün etiraz edir. Elə bu səbəbdən qədim nəzəriyyəçilər deyirlər: "Allah-Təalanın qismət və nəsib etməsində səhv etmədiyini bilən insan həsəddən uzaqdır".

İmam Sadiq (ə) buyurub: "Şeytan öz ordusuna deyir: Adəm övladlarının arasında həsəd toxumunu səpin və zülmü yayın, çünki bu ikisi Allah yanında şirkə bərabərdir" (Üsuli-kafi, c.4, səh.19).
İmam Sadiq (ə) başqa bir hədisində buyurub: "Küfrün kökləri üç hissədən ibarətdir: Hərislik, təkəbbür və həsəd".
Hərislik - Adəmin (ə) zamanında baş vermişdir. Belə ki, o həzrətə ağacın meyvəsini yemək qadağan olunmuşdur, amma hərisliyi onu bu işə şövqləndirdi.
Təkəbbür - bu şeytanın xüsusiyyətidir. Belə ki, Adəmə səcdə etməyə əmr olunduğu vaxt şeytan təkəbbürü ucbatından bu əmrə itaət etmədi.
Həsəd - Adəmin (ə) iki oğlu arasında baş verdi. Belə ki, həsəd üzündən biri digərini öldürdü" (Üsuli-Kafi c.3, səh.396).
Bu hədisə əlavə olaraq imam Səccad (ə) buyurub: "Allaha itaətsizliyin birinci amili təkəbbürdür. Şeytanın itaətsizliyi Adəmə səcdə etməkdən boyun qaçırması oldu. Onu kafirlər zümrəsindən edən də elə bu oldu.

Digəri, Adəm (ə) və Həvvanın itaətsizliyinə səbəb olan hərislikdir. Bir zaman onlar (bütün bol nemətlərin içində) ona ehtiyacları olmadığı bir halda Allahın əmrindən boyun qaçıraraq o ağaca yaxınlaşdılar. Bu bir xislət kimi qiyamətədək onların övladlarını azdırdı. Bu səbəbdən Adəm övladı ehtiyacı olduğundan çox istəyir. Digəri həsəddir ki, Adəmin (ə) oğlunun (Qabilin) itaətsizliyi idi. Qardaşına həsəd apardığına görə onu öldürdü" (Üsuli-Kafi, c.3, səh.197).

 

Şeytandan daha pis nədir?
(Sözgəzdirmək, hiyləgərlik)


Qazi Qəzzai "Şərhi-şəhabul-əxbar" kitabında nəql edərək buyurur: "Sözgəzdirən (böhtançı, xəbərçi) Allahın yer üzündə xəlq olunmuşlarının ən pisidir. Çünki onun yaratdığı qarışıqlığı və (öz əməliylə) insanlar arasında təşviq etdiyi fitnəni heç məlun şeytan da bacarmır. Çünki şeytanın fitnəsi yalnız vəsvəsə etməkdir" (Şərhi-şəhabul-əxbar, səh.173).
Peyğəmbər (s) buyurur: "Merac gecəsində ümmətimin qadınlarından bir hissəsini gördüm ki, ağır əzaba tutulmuşdular. Aralarında başı donuz kimi, bədəni ulaq kimi İlahi əzaba duçar olan bir qadın gördüm, o, dünyada sözgəzdirən bir qadın olmuşdur" ("Uyunul-əxbarur-rıza", c.2, səh.10, fəsil 30, "Bihar", c.8, səh.309).
Rəsulu-Əkrəm (s) başqa bir hədisdə buyurur: "Mənim ümmətimdən bir qismi Qiyamət günündə on müxtəlif sifətdə məhşərə gələcəklər. Onlardan bir dəstə meymun simasında olacaq. Onlar sözgəzdirənlərdir" ("Məcməul-bəyan" təfsiri, c.10, səh.242, "Nəbə" 12, "Bihar", c.7, səh.89).
Hiylə əsasən sözgəzdirmək və xəbərçilikdən yaranır. Həmçinin bu bu iki xislət camaat arasında qarışıqlıq, fitnə-fəsad, təfriqə və ayrılıq salan güclü vasitədir. Xalq arasında fitnə törədən şəxslər öz şeytani sifətlərini aşkar edənlərdir.
Həzrət Əli (ə) bu barədə buyurur: "Hiylə işlədən şeytandır" ("Ğurərul-hikəm", c.1, səh.54 və 381).
"Hiyləgər şəxs - insan surətində bir şeytandır" ("Ğurərul-hikəm", c.1, səh.54 və 381).

 

Şeytanın tələləri
Qürur və fəxr (təkəbbür)


Şeyx Şöbəli deyir: "Bir gün İblis mənim yanıma gələrək dedi: Ey şeyx, səni qürurlandıran bu yaşayış tərzindən (ibadət, itaət, Allah ilə munacat və zikrin qururundan) qaç. Çünki, bu qürur sənin üçün bəlalar və xəyallar yaradacaq. Beləliklə yolunu azıb, Allahından qafil olaraq həlak olarsan)".
Şeyx Əli Səhl İsfahani deyir: "Öz yaxşı əməllərinizlə qürurlanmaqdan çəkinin, çünki bu qürur şeytandandır və əməllərinizin puç olmasına səbəb olar" ("Təzkiratul-övliya", c.2, səh.142 və 93).
Futtutnamə (mərhəmətnamə) kitabının müəllifi Sultani deyir: "İnsanda nə qədər ləyaqətli əməllər olsa da gərək qürurlanmasın, fəxr etməsin. Çünki İblis elə məhz, xudpəsəndlik və lovğalıq etdiyinə görə əbədi lənətlənib" ("Futtutnamə", səh.24-26).
Hər kəs xudpəsəndlik və lovğalıq etsə şeytandan daha pisdir. Şeyx, Hacı Mirzə Cavad Ağa Mələki Təbrizi özünün bir çox kitablarında buyurur: "İnsanlardan elələri vardır ki, şeytan onları düz yol ilə azdırar və onları belə bir xəyala salar ki, mütaliə ibadətdən, gecə oyaq qalmaqdan fəzilətlidir. Belə düşünən şəxs, gecəni yarıya qədər oyaq qalıb mütaliəyə həsr etsə və onun sübh namazı qəza olsa da düşünəcək ki, mütaliə namazdan üstündür və onun fəziləti daha çoxdur. Əslində isə bu qürur və aldanmaqdan başqa bir şey deyil. Əslində keyfiyyət baxımından elmin fəzilətinin ibadətdən üstünlüyü deyilib, amma bir şərtlə ki, elm, təhsil və mütaliə edənin itaət-ibadət və bəndəliyi də yerində olsun, nəinki bəndənin öz Allahıyla yaxınlaşmasına, münacat, namaz və zikrinə mane olsun" ("Əsrarus-səlat", 465).

 

Şeytanın yaxşı işlərə dəvəti
(Əməlsiz elm və bilik)


Bir gün Rəsuli-Əkrəm (s) öz səhabələrinə və dostlarına buyurdu: "Şeytan sizi elm və bilik yolu ilə aldatmış və sizin qarşınızı almışdır". Səhabə və dostları soruşdular: "Ya Rəsuləllah! Necə şeytan bizi elm və bilik yolu ilə azdıra bilər?" Həzrət (s) buyurdu: "Şeytan sizə deyər: "Elm və bilik qazanmaq üçün səy göstərin və heç bir işə diqqət etməyin. Elə ki, elminiz artdı, alim oldunuz, sonra yerinə yetirmədiyiniz əməlinizi ödəyərsiniz və yaxşı işlərlə məşğul olarsınız".
Həzrət peyğəmbər (s) sözlərinə davam edərək buyurdu: "Sonra, şeytanın bu vəsvəsəsi üzündən bəndə öz əməllərinin hamısını elmi mütaliəyə, təhqiqə, təhsil və biliyə sərf edəcək. Bir zaman anlayacaq ki, ömrü sona yetişib, dünyadan köçür və Allah yanında yaxşı və xeyr bir iş etməyib" ("Əvarifül-Məarif", səh.19).
Abdullah bin Məsud deyir: "Elm çoxlu biliyə sahib olmaq, çoxlu təhsil, təhqiq və dərs oxumaq deyil, əslində elm və bilik Haqq-Taaladan qorxmaq, yaxşı əməl və təqvadır".
Sədi Şirazi deyir: "Birinə dedilər, əməlsiz alim nəyə oxşar?"
Dedi: "Balsız arıya; başqa cür desək, əməlsiz alim, balsız arı kimidir" ("Gülüstan", Sədi).
Əli (ə) buyurur: "Əməlsiz elm bəhərsiz, səmərəsiz ağacdır".
Əli (ə) yenə buyurur: "Fayda verməyən elm və bilik təsirsiz dərman kimidir ki, şəfa bəxş etməz" (Ğurərul-hikəm, c.4, səh. 350).

İslamşünas, Lalə Mehdizadə, "Əbədi nur" jurnalı


Küfrün kökləri (Həsəd, hərislik, təkəbbür) - MƏQALƏ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Rusiyadan S-400 alır
    Türkiyə hava müdafiə sistemi almaq üçün Rusiya ilə danışıqlara davam edir...
     22.02.2017
    Su Çərşənbəsindən FOTOLAR
    Dünən Su Çərşənbəsi qeyd edilirdi.
     22.02.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ