EURO 2,0342 NEFT 56,71
USD 1,7008 RUB 0,0294
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏYAT

Kateqoriya : XƏBƏRLƏR

HƏYAT

Yayınlanma tarixi:05.07.2017 12:21:25

"Rəhmətlik Hikmətin, Bəxtiyarın vaxtında buna daha düzgün əməl edilirdi."

Qanuni oğru”u anlayışı XX əsrin 30-cu illərində keçmiş SSRİ-də meydana gələn və ittifaqın dağılması ilə postsovet ölkələrində geniş yayılan kriminal tituldu.

Bu titul cinayət aləmində xüsusi çəkiyə malik, müəyyən kriminal kodeksə riayət edən avtoritetlərə verilir. Klassik “qanunda oğrular” kriminal qruplaşmalar arasında yaranan “razborka”ları həll etməli, ən azı bir dəfə məhkumluq həyatı yaşamalı, ailə həyatı qurmamalı, heç zaman işləməməli, əlinə odlu silah almamalı və rəsmi dövlət qurumları (ilk növbədə məhkəmə-istintaq orqanları) ilə heç bir əməkdaşlıq etməməli idi.

Lakin 80-ci illərin sonlarından bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olması ilə SSRİ-də, ardından isə Rusiya və digər yeni yaranan respublikalarda “qanuni oğru”ların kodeksi ciddi dəyişikliyə uğradı. Yeni şəraitdə kriminal ənənələrinin qoruyucusu və təvazökar həyat tərzi keçirən “qanuni oğru”ları bu titulu böyük pullarla alan, heç zaman məhkum olunmayan yeni nəsil əvəz etməyə başladı.

Kriminalist Mahmud Hacıyev modern.az-a açıqlamasında bildirib ki, hazırda “qanuni oğru”ların sayı dünyada çox azdır.

“Onların da əksəriyyəti Moskvada, yaxud da Rusiyanın digər bölgələrində cəmləniblər. Səbəb isə budur ki, əvvəla Rusiya tarixində rəhbərlər onların yaranması və inkişafına yardım ediblər. SSRİ-də qanuni oğruların yaranması 1930-cu illərin başlanğıcında daha geniş vüsət almağa başladı. Bu həmin dövr mövcud olan ağır repressiya və kollektivləşdirmə ilə əlaqədar idi. O zaman cəmiyyətin ictimai fəallığı və mübarizə fəaliyyəti daha da güclənmişdi. Sovet hökuməti dağıldıqdan sonra onların bir qismi həbs edildi, digərləri isə bir-biriləri ilə bazar müharibələri zamanı öldürüldü. Eyni zamanda, SSRİ-nin mövcud olduğu zamanda bütün məsələləri Moskvada həll edən və Sovet hökumətindən dəstək alan “oğru”lar da 1990-cı illərdən sonra da Rusiyadan çəkilmədilər. Rusiyanın ərazisi qeyd etdiyim kimi geniş və bazarlar çox olduğu üçün burada onlar həm gizlin görüşlər edir, həm də bazarlara nəzarəti öz əllərində saxlayırdılar. Putin hakimiyyətə gəldikdən sonra isə “oğru” aləminə səlib yüşürü başladı. Azərbaycanda “qanuni oğru”nun fəaliyyəti üçün şərait yoxdur. Çünki ərazi çox kiçikdir və ölkəyə dövlət tərəfindən nəzarət güclüdür. “Oğru”lar üçün birinci faktor ərazi genişliyidir”.

Kriminalist deyib ki, əvvəllər “qanuni oğru”lar özlərinin yazılmamış qanunlarına daha yaxşı əməl edirdilər:

“Son vaxtlar onların öz aləmlərində buna dəqiqliklə riayət olunmur. Rəhmətlik Hikmətin, Bəxtiyarın vaxtında buna daha düzgün əməl edilirdi. Hər hansı bir şəxsə “qanuni oğru” adının verilməsi üçün müəyyən şeylər vardı. Həm də o zaman bunların sayı az idi. İndi isə sayları da çoxdur. Elə olur ki, bir qrupun ad verdiyi şəxsi digəri qəbul etmir. Yaxud bir qruplaşma yığıncaq çağırır ki, filankəsin qanunioğru” adını ləğv edirik, digəri isə onu qəbul etmədiyini deyir. Keçmişdə isə belə mübahisələr getmirdi”.

M.Hacıyev bildirib ki, Azərbaycanda “qanuni oğru”ların siyahısı aparılmır:

“ Çünki onların gizlin “sxodka”sı olur. Bunu dövlət səviyyəsində heç kim bilmir. İki-üç aydan sonra məlum olur ki, filankəs “qanuni oğru” adını alıb. Bunun isə dəqiq hesabatı rəsmi qurumlarda aparılmır. “Qanuni oğru”ların siyahısı onların öz aralarında aparılır. Müəyyən ölkələrdə isə təxmin edirlər ki, filan qədər “qanuni oğru” var. Xüsusi xidmət orqanları ona görə, siyahını müəyyənləşdirə bilmir ki, ola bilsin ki, hər hansı bir avtoritet “qanuni oğru” adını burada almayıb. Ukraynada, Rusiyada, Türkiyədə ad alıb. Ümumilikdə isə dövlət orqanları təxmin edirlər ki, ölkədə filan qədər “qanuni oğru” var. Belə də olur ki, hər hansı bir cinayət işi baş verir. Araşdırma zamanı məlum olur ki, bu “qanuni oğru”dur və filan ölkədə ad alıb”.


Kriminalist “qanuni oğrular” haqqında: Bəxtiyarın vaxtında daha düzgün əməl edilirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistanlı ruhanilər: Məhərrəm mərasimləri bütün məzhəblər üçün açıq olmalıdır
    Pakistanın Şiə Alimləri Şurası yerli hökumətə müraciət edib.
     22.09.2017
    Mirzə Ələkbər Sabirin ev muzeyinin sökülməsinə rəsmi münasibət
    "Şair Mirzə Ələkbər Sabirin sökülən ev muzeyi orijinal deyildi".
     22.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ