EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:05.01.2017 16:54:48

Rəşad Gəncinski "qanuni oğru"nu sifariş etdiyini elan edib

Rusiyada yaşayan, ötən il Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qətlinin sifarişçisi bəlli olub. İstiPress-in "Rosbalt"a istinadən verdiyi məlumata görə, Lənkəranski cinayət aləmində Rəşad Gəncinski kimi kriminal avtoritet Rəşad İsmayılov adlı azərbaycanlı avtoritetin əmri ilə qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarındakı mənbədən verilən məlumata görə, bu barədə R.İsmayılov dəstələr arasında özü elan edib. Qətlin motivi kimi isə o, Moskvada öldürülən yaxın dostu Canbulat Şamiloğlunun qisasını göstərib.

Canbulat Şamiloğlunun güllələnməsinin istintaqı zamanı bəlli olub ki, hadisəni iki killer törədib. Onların "qanuni oğru" Canıyevin dəstəsindən olduğu müəyyən edilib. İş adamının qətlinin əmrini də birbaşa Lənkəranskinin verdiyi deyilir.

Məlumata görə, Canpolad Rusiyada "göyərti kralı" kimi tanınıb və Rövşən Caniyevin meyvə-tərəvəz bazalarını nəzarətə götürmək üçün başladığı kriminal müharibənin qurbanlarından biri məhz o olub.

Xatırladaq ki, R.Lənkəranski ötən il avqust ayının 18-də İstanbulda öz maşınına minərkən güllələnib. O dərhal xəstəxanaya çatdırılsa da, həkimlər "qanuni oğru"nun həyatını xilas edə bilməyiblər.

Lənkəranski Azərbaycanda dəfn edilib. Lənkəranda dəfn edilən "qanuni oğru"nun dəfn mərasimində kilometrlərlə uzunluqda tıxac yaranıb, yüzlərlə insan dəfnə qatılıb. O, atasının yanında dəfn edilib.


Kriminal avtoritet: "Lənkəranskini mən vurdurmuşam"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
    Polis faktla bağlı araşdırmalara başlanıb.
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ