EURO 1,8876 TRY 0,3056
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.04.2019 18:43:35

Əkrəm İmamoğlu İstanbul Bələdiyyə Sədri seçilməsi elan olunub

Yenilənən: Son xəbərə görə, Yüksək Seçki Komissiyası Əkrəm İmamoğlunun  4 milyon 169 min 765, Binəli Yıldırımın 4 milyon 156 min 36 səs topladığını açıqlayıb. Beləliklə CHP-dən namizəd Əkrəm İmamoğlu İstanbul Bələdiyyə sədri postunu qazandığı rəsmən elan olunub.

İslamazeri.com xəbər verir ki, CHP-nin müttəfiqi İYİ partiyasının sədri Meral Akşener öz tvitter səhifəsində bu haqda yazıb: "İstanbul Böyükşəhər Bələdiyyə Sədri Ərəm İmamoğlu qardaşım, 17 gündür stol oyunlarına boyun əyməmiş və millətimizin səsini namus qəbul edib, sona qədər müdafiə etmişdir. Onu bir daha təbrik edirəm."

 

İslamazeri.com xəbər verir ki,  CHP-dən namizəd olmuş Əkrəm İmamoğlunun Türkiyədə 31 martda keçirilmiş Bələdiyyə seçkilərində İstanbul Bələdiyyə sədri postuna qalib olduğu açıqlanıb. O İstanbul Ədalət Sarayında bu sənədə imza atıb.

O seçkilərdə qalib olmasını təsdiqləyən sənədini alıb. Bu haqda İmamoğlu özünün tvitter səhifəsində qısa qeyd yayıb.


Hökümətyönlü Haber7 telekanalının saytı isə qərarın Yüksək Seçki Komissiyası hələ təsdiq etmədiyini yazıb, Sözcü isə YSK-nın İmamoğlunun qalib olduğunu açıqladığını bildirir. Haberler.com isə İmamoğlunun yerli saatla 18:00-da İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyi postunu rəsmən təhvil alacağını yayıb.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası seçkinin nəticələrini qəbul etməyərək əvvəl səslərin yenidən sayılmasını istəmiş, səslərdə CHP xeyrinə səs olmasından sonra bəzi AKP rəsmiləri seçkilərin yenidən keçirilməsi üçün məhkəməyə müraciət edəcəklərini bildiriblər, açıqlamaya əvvəldən MHP dəstəyini irəli sürüb.

Sizə maraqlı ola bilər - Əkrəm İmamoğlu kimdir?


Əkrəm İmamoğlu İstanbul Bələdiyyə Sədri sənədini aldı - VİDEO - YENİLƏNİR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ