EURO 1,9854 TRY 0,2218
USD 1,7 RUB 0,0223
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:25.03.2020 15:00:56

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Margaret Harris yeni növ koronavirus epidemiyasının mərkəzinin ABŞ ola biləcəyini söyləyib.

İslamazeri.com TRT-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Harris son 24 saat ərzində Avropa və ABŞ-dan bildirilən yeni növ koronavirus hadisələrinin sayının dünya miqyasında görülən hadisələrin 85 faizini təşkil etdiyini və ABŞ-ın epidemiyanın yeni mərkəzinə çevrilə biləcəyini bildirib.
Harris BMT-nin Cenevrə ofisində video konfrans vasitəsilə keçirilən mətbuat kofransında bildirib ki, Covid-19 epidemiyası səbəbiylə dünyasını dəyişənlərin sayı əhəmiyyətli dərəcədə artacaq. Epidemiya sürətlə yayılmağa davam edir.  Qərbi Afrikada yaşadığımız ən pis Ebola epidemiyasında 11 min insanın ölümü 2 il ərzində oldu. Buna görə də həqiqətən burada kütləvi bir epidemiya ilə qarşı-qarşıyayıq.
Avropa və ABŞ-ın epidemiyanın ən çox müşahidə edildiyi bölgələrə çevrildiyini vurğulayan Harris deyib:
"Son 24 saatda bildirilən yoluxma faktlarının 85 faizi Avropa və ABŞ-dadır. Onların 40 faizi ABŞ-a aiddir. Bəzi ölkələrdə komendant saatları və karantin kimi tətbiqlər epidemiyanı yavaşlada bilər. Bu cür tədbirlər tibb işçiləri və qurumlara da vaxt qazandıra bilər. ABŞ-da virusa yoluxma faktlarının sayında çox böyük artım müşahidə edirik. Buna görə ABŞ-ın epidemiyanın episentri olma potensial var".
Qeyd edək ki, ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus martın 13-də Avropanın Covid-19 infeksiyasının episentrinə çevrildiyini bildirmişdi.


Koronavirusun episentri Çindən ABŞ-a doğru gedir - RƏSMİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kərbəlada Əhlibeytə üç başlı ox atan Hərmələnin aqibəti - VİDEO HEKAYƏ
    “Shafaqna Azərbaycanca”nın layihəsi “Kərbəlada Əhlibeytə üç başlı ox atan Hərmələnin aqibəti” adlı videonu təqdim edirik.
     23.09.2020
    Bəhreynlilər ölkələrinin İsraillə yaxınlaşmasına etiraz etdi - VİDEO
    Etirazçılar “Normallaşma - xəyanətdir” kimi şüarlar səsləndiriblər.
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ