1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:24.03.2020 14:55:44

Marneuli və Bolnisi rayonları sərt karantin bölgəsi elan edilərək, bütün girişlər bağlanıb.

İslamazeri.com "24News.ge"yə istinadən xəbər verir ki, hal-hazırda Goda-Marneuli istiqamətində girişlərdə polis maşınları dayanıb.

Rayonda dezinfeksiya işlər həyata keçirilir, həmçinin insanların temperaturları ölçülür.

Marneulinin digər girəcəyində də patrul polisi yerləşdirilib, rayonda hərəkət ciddi nəzarət altında saxlanılır. Rayonda həmçinin hərbi texnika, çadır və xüsusi avadanlığın olduğu nəqliyyat vasitələri də səfərbər edilib.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, Marneulidə karantin rejimində ictimai asayiş qorunacaq. Müdafiə Nazirliyi də rayonda qabaqlayıcı tədbirlərə cəlb olunub, Marneuli və Bolnisidə xüsusi yoxlama məntəqələri yaradılıb.

Bölgədə əsas avtomobil yollarında hərəkətə 12 nəzarət-buraxılış məntəqəsi vasitəsilə nəzarət edilir. İkinci dərəcəli yollar da nəzarətdə saxlanılır, mobil nəzarət-buraxılış məntəqələri yaradılıb.

DİN Marneuli və Bolnisi rayonlarının sakinlərini təmkinli olmağa və hökumətin ciddi karantin rejimilə bağlı tələb və tövsiyələrinə əməl etməyə çağırıb.

Çiatura və Saçxere rayonlarında yol tikintisi işi ilə məşğul olan 30 nəfər Marneuli sakini karantinə alınıb.

Xəstəliklərə Milli Nəzarət Xidmətinin İmereti bölgəsi üzrə rəhbəri, Qoça Qiorqidze bildirib ki, onlar bölgəyə bir neçə gün əvvəl işləmək üçün gəliblər və onların rayonlarındakı mövcud virus təhlükəsi ilə əlaqədar karantinə alınıblar.

Onlardan bir neçə nəfərində tempüratur aşkarlansa da hələlik xəstəxanaya getmək zərurətinin yaranmadığı bildirilir.

Bu bölgələrdə bir çox işyerləri bağlanıb.

Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri, Natia Turnava hökümətin əlaqələndirmə şurasının iclasından sona media nümayəndələrinin suallarını cavablandırıb. O Marneuli və Bolnisidə faəliyyətini davam etdirə biləcək müəsisələrdən danışıb.

"Marneuli və Bolnisi Bələdiyyələrində sərt karantin rejimi qüvvədədir və bir neçə konkret sahələrdən - ərzaq istehsalatı, müəyyən kənd təsərrüfatı işləri, əczaxanalar, benzindoldurma məntəqələrindən və mağazalardan başqa bütün obyektlərin fəaliyyəti qadağan edilib.

Biz bu gün qərar qəbul etdik ki, sərt karantin rejiminə baxmayaraq, Marneuli və Bolnisi rayonlarında açıq halda olan, tikinti materallarl istehsal edən obyektlərin və digər açıq məkanda mövcud olan obyektlərin fəaliyyətlərinə icazə verilsin,"-deyə Natia Turnava bildirib.


Koronavirusa görə Marneuli və Bolnisidə sərt karantin elan olundu, yollar bağlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
    Azərbaycan Müdafiə Nazirlyi bu barədə məlumat yayıb
     25.11.2020
    Ermənistanın təcavüzü nəticəsində həlak olmuş mülki şəxslər şəhid hesab olunur
    Müvafiq qanunvericiliyə dəyişiklik edilməsi zərurəti yaranıb.
     20.11.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ