EURO 1,858 TRY 0,2502
USD 1,7 RUB 0,0238
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:03.03.2020 13:26:48

Vaşinqton ştatının səhiyyə rəsmiləri koronavirusdan ölənlərin sayının 6-ya çatdığını bildirib

İslamazeri.com Voa-ya istinadən xəbər verir ki, ölüm hadisələrindən beşi Kinq mahalında, biri isə Siyetlin şimalındakı Snohomiş mahalının Poget Sound bölgəsində olub. Ştatda virusa 18 nəfərin yoluxduğu bildirilib.

Tədqiqatçıların dediyinə görə, virus Siyetlın böyük hissəsində həftələr boyu aşkar edilmədən mövcud olub.
Siyetl və Kinq mahalının İctimai Səhiyyə İdarəsinin açıqlamasında 70 yaşlarında bir şəxsin şənbə günü koronavirusdan öldüyünü bildirilmişdi. Səhiyyə rəsmiləri cümə günü də koronavirusdan 50 yaşlarında bir şəxsin öldüyünü demişdi.

Ölkə boyu virusa yoluxma halları yayıldıqca və Kaliforniya, İllinoys, Rod Aylend, Nyu York və Vaşinqton ştatlarında yeni yoluxmalar elan edildikdən sonra ştatlar və yerli hakimiyyət orqanları xəstəliyin qarşısının alınnması üçün testə başlayıb.
Siyetl bölgəsinin rəsmiləri daha iki nəfərə COVID-19 virusu diaqnozu qoyulduğunu, hər ikisinin 60 yaşlarında kişilər və vəziyyətlərinin ağır olduğu bildirilib. Kaliforniyada da iki səhiyyə işçisinin də virusa yoluxduğu deyilir.


Koronavirus ABŞ-da surətlə yayılır: Bir ştatda 6 nəfər ölüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Sistaninin Nəcəf Ofisindən bayram açıqlaması...
    Bu haqda Alulbeyt Türkiyənin təmsilçilərindən olan Höccətülislam Onurşan Rəhmani bildirib
     23.05.2020
    FİTR bayramınız MÜBARƏK!
    24 May Şəvval ayının biridir
     23.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ