EURO 2,0063 NEFT 58,18
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:04.08.2017 15:53:22

Proqram istifadə edən şəxsə bu əməliyyatlarla bağlı manipulyasiya və ya silmə səlahiyyəti verərək "yalan dəlil yaratmaq", ya da "həqiqi dəlilləri məhv etmə" imkanı tanıyır.

"Wikileaks" ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatına (CIA) aid "Kassa Aparatı 7" sənədləri çərçivəsində gizli sənədləri ictimaiyyətlə paylaşıb. Dünya mətbuatında CIA-in hədəflədiyi kompüterlərdə mikrofon və kameraların nəzarətini ələ keçirməsinə imkan tanıyan "Dumbo" adı verilən proqramın detallarını danışılır.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, "WikiLeaks"ın detallarını açıqladığı CIA-in "Dumbo" adı verilən proqramı kompüterlərdə mikrofonları və kameralara nəzarət edə bilir, hətta görüntüləri pozaraq mümkün sübutları məhv edə bilir.

Bu texnologiya CIA-in içindəki xüsusi bir orqan olan Kiber Kəşfiyyat Mərkəzinin istifadə etməsi üçün inkişaf etdirilib. Açıqlamaya görə, hədəfə alınan kompüterin görüntüləmə və qəbuletmə sistemlərini təyin edib bunları izləyə bilir və ya manipulyasiya edə bilir.

"Dumbo" proqramı 32 bit Windows XP, Windows Vista və sonrakı Windows sistemlərində istifadə edilə bilir, ancaq 64 bit Windows XP ilə XP-dən əvvəlki sistemlərdə işləyə bilmir.

"WikiLeaks"ın paylaşdığı ən köhnə "Dumbo" sənədi 25 iyun 2012-ci il tarixli olaraq müəyyən edilib, sistemin qabiliyyətləri, "əməliyyatlara mane ola biləcək və ya agentlərin kimliyini aşkara çıxara biləcək ev təhlükəsizlik sistemlərindən yan keçmək üçün" CIA-in xüsusi qrupu Kiber Kəşfiyyat Mərkəzi tərəfindən tələb edilib.

"WikiLeaks" "Dumbo"nun işləyə bilməsi üçün hədəf kompüterə "flash yaddaş" ilə yüklənməsi və əməliyyat zamanı yaddaşın kompüterə bağlı qalması lazım olduğunu vurğulayıb. 2015-ci ilin iyun ayı tarixli "istifadə kitabçası" xarakterli başqa bir sənədə görə "Dumbo" mikrofonları susdura, bütün şəbəkə birləşdiriciləri deaktiv edə bilir və kamera qeydiyyat prosedurunu kəsə bilir. Proqram istifadə edən şəxsə bu əməliyyatlarla bağlı manipulyasiya və ya silmə səlahiyyəti verərək "yalan dəlil yaratmaq", ya da "həqiqi dəlilləri məhv etmə" imkanı tanıyır.


Kompüterlərin mikrofon və kameraları CIA-in nəzarətindədir - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • YPX işçi axtarır
     19.10.2017
    Astanda növbəti Suriya danışıqlarının vaxtı açıqlanıb
    Qazaxıstan XİN-nin açıqlamasında görüşün 30-31 oktyabrda keçiriləcəyi bildirilib.
     19.10.2017
    Sürücülərin DİQQƏTİNƏ: Maşın ustaları yol polisi ilə əlbir işləyir - RƏSMİ
    Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir.
     19.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ