Venesualı prezidentinə sui-qəsddə ittiham olunan şəxsə qaçqın statusu verildi.

İslamazeri.com-un RTVE-yə istinadən verdiyi xəbərə əsasən, Kolumbiyanın xarici işlər naziri Karlos Truxilyo bəyan edib ki, ölkəsi Venesuela Milli Assambleyasının üzvü Xulio Borxesə qaçqın statusu verib. Borxes öz vətənində Venesuela prezidenti Nikolas Maduroya sui-qəsddə ittiham edilir.
Qeyd edilir ki, Kolumbiya XİN bütün faktları təhlil etdikdən sonra məlum statusu Borxesə verib.
Xatırladaq ki, avqust ayında Venesuela Ali məhkəməsi ölkə müxalifətinin lideri Xulio Borxesi prezident Nikolas Maduroya qarşı sui-qəsddə ittiham edərək həbs qərarı verib.
Kolumbiya Venesuela prezidentini öldürmək istəyən şəxsə qaçqın statusu verdi